Dövləti və milləti sarsıdan on beş gün

 


 


 

Süleyman Dəmirəlin təklifi

 

Prezident Elçibəy bircə anda aləmi yaxdırıb-yaxa biləcək odla, coşub-çağlayan su arasında qalmışdı. Bilmirdi neyləsin? Hansı tərəfə üz tutsun? Özünün xeyli vaxtdır gözlənilən fırtınadan, qasırğadan necə xilas olsun? Suya tərəf getsə, aşıb-daşan sel suları onu aparacaq. O da tərəf yön çevirsə, get-gedə güclənən alov yandıracaq onu.

…Dövlətə qarşı qiyam Gəncədə birdən başladı. Bu alov tüğyanı, su fırtınası Gəncədə dörd iyundan beşinə keçən gecə başlanan qiyam idi. Və başlanan kimi də şəhəri büsbütün başına götürdü. Prezidenti ən çox ağrıdan da Gəncəyə gedən dövlət məmurlarının Elçibəyə xəyanətləri oldu. "Özümüzünkü xəyanət eləyəndə, öz prezidentinə həbs ordeni yazanda görün başqaları neyləyə bilərdi? Surət Hüseynovu mən ərşi-əlaya qaldırdım. Milli Qəhrəman elədim, bütün Qarabağda prezident səlahiyyəti verdim. Respublika Nazirlər Kabinetinin sədr müavini, korpus komandiri titullarını verdim. Bu qədər yaxşılıqların qabağında mənə elədiyi xəyanətin böyüklüyünə bax!

İndi bu alovu söndürmək üçün kimə ağız açım, kimdən kömək istəyim. -  Elçibəy üç yaxın qonşusunu göz önünə gətirdi - Rusiyayamı əl açsın. Rusiya bizə heç cürə yardım etməz. İki yüz ildən bəri qülü-köləsi olan Azərbaycan xalqının özünə müstəqil dövlət qursasını Rusiya heç vaxt sinirə bilmir. Digər tərəfdən Azərbaycan torpağında qərar tutan və istədiyini eləyən iki rus ordusunun, bütün cəbbxanası ilə birlikdə, iki-üç ay ərzində Qəbələ RLS-i nəzərə almasaq, respublika ərazisindən çıxarmış və Rusiyanın bu torpaqda 200 illik ağalığına son qoymuşduq”.

Ona tam əmin idi ki, dövlət əleyhinə başlanan Gəncə qiyamətində Rusiyanın barmağı var. "Rusiya Azərbaycan kimi zəngin bir diyarı heç zaman əlindən buraxmaq istəməz”.

Bəlkə İran İslam Respublikasına çevirsin yönümü? Bu da mümkün olan iş deyil. Elçibəy Azərbaycanda hakimiyyət başına gələn gündən Cənubi Azərbaycan məsələsini çox ciddi şəkildə qoymuşdu, İran dövlətinin qabağına. Ya o taydakı 35-40 milyonluq Azərbaycan türklərinə sosial-iqtisadi və mədəni muxtariyyət verilsin, ya da həmin xalqı qaldıracağıq İran dövlətinin üstünə.

Azərbaycan dövlət başçısının həmin ultimatumundan sonra İran Prezidenti Rəfsəncaninin gözünə yuxu getmirdi və səhərə qədər Azərbaycanın bu inadkar prezidentini aradan götürmək planları barədə düşünürdü.

Bəs Türkiyə necə? Türkiyə Cümhuriyyətinə, qardaş türk xalqına Elçibəyin sevgi-sayğısı dünyalar qədər idi. Amma hakimiyyət hələ Türkiyənin baş naziri Süleyman Dəmirəlin əlində idi və nədənsə Elçibəy Süleyman Dəmirəlin səmimiyyətinə o qədər də inanmırdı. Buna da tutarlı səbəb vardı: Qarabağda qızğın döyüşlər getdiyi və Azərbaycan ordusunun son qələbəyə yaxınlaşdığı dövrdə Elçibəy, hökumət başçısı kimi, Süleyman Dəmirəldən hərbi yardım istəmişdi. Amma Süleyman Dəmirəl Elçibəyin istəyinə əməl etməmişdi. Az sonra cəbhədən yaralıları çıxarmaq üçün iki helikopter xahiş etmişdi. Süleyman kişi bu xahişi də qulaqardına vurmuşdur.

Amma türk xalqı, Türkiyə dövləti Azərbaycanın çətin günlərində hər cür köməyə hazır olub bizə əl uzatmışdır. Azərbaycan ordusuna döyüş hazırlığı öyrətmək üçün təlimatçılar göndərmiş və yüz min ton taxıl vermişdir.

İndi isə taxıl, ərzaq yada düşmürdü. Dünəndən başlayan dövlət əleyhinə qiyam Azərbaycanın ikinci şəhəri Gəncəni bürüyərək ətrafa yayılmaqdaydı. Bu qiyam tonqalını söndürmək və müstəqil Azərbaycan dövlətini Elçibəyin dediyi başıpozuqlardan xilas etmək lazım idi.

Elçibəy pırtıq başını uzun barmaqları arasına alaraq təhlükədən nicat yolu aramaqdaydı. Sanki, o dolaşıq kələfin ucunu tapmaq üçün fikir ümmanına qərq olmuşdu. O, bir-birinə dolaşan fikirlərini yenə Süleyman Dəmirəlin üstündə cəmləşdirdi. Süleyman bəy bu dəfə mütləq qan qardaşlarına kömək əlini uzadar, yenicə pərvəriş tapan Azərbaycan Respublikasının və çox ildən bəri öz qanuni haqqına - milli müstəqilliyinə qovuşan Azərbaycan xalqının yenidən istila boyunduruğuna qoşulmasına imkan verməməlidir.

Əbülfəz Elçibəy bu istəklə beynəlxalq telefonun dəstəyini qaldırdı. Telefona əlüstü cavab verən xanım qıza:

- Xahiş edirəm, Türkiyə hökumətinin baş naziri cənab Süleyman Dəmirəllə əlaqə yaradın, - deyib, dəstəyi telefon aparatının üstünə qoydu və yenə də əvvəlki xəyal çözəyini yumaqlamağa başladı. "Əminəm ki, Türkiyənin baş naziri Süleyman bəy bu ağır anımızda bizə kömək əlini uzadacaq və ...”

Telefon zəng çaldı. Elçibəy xəyallardan ayrılıb dəstəyi qaldıranda həmin xanımın incə səsi qulaqlarını qıdıqladı:

- Cənab prezident, Süleyman Dəmirəl cənabları Sizinlə söhbətə hazırdır. Buyurun, danışın.

- Çox sağ olun! – deyib Elçibəy gümrah səslə Süleyman Dəmirəli salamladı. – Salam Süleyman bəy, nasılsınız?

- Xoş gördük cənab Elçibəy, mən yaxşıyam, Siz nasılsınız?

- Bilirəm, eşitmisiniz, Surət Hüseynov və onun tərəfdarları Gəncə şəhərində Azərbaycan dövləti əleyhinə qaldırıb, şəhəri ələ keçiriblər. İndi də...

- Bilirəm, Elçibəy, bilirəm. Bu çox ağır və üzüntülü məsələdir. Eşidib, çox narahat oldum. İndi nə etmək fikrindəsiniz?

- İstəyirik hücumla şəhəri geri alaq, bunun üçün bizə Türkiyə hökumətinin köməyi lazımdır. Buna gücünüz çatarmı?

- Bizdən nə kömək istəyirsiniz, sayın Elçibəy?

- Bizə hərbi yardım edin.

- Mən bunu edə bilmərəm sayın Elçibəy.

- Elə bir səbəbmi var?

- Səbəbini Siz də yaxşı bilirsiniz. Bizim köməyimiz bizimçün başağrısına və beynəlxalq mübahisələrə, qalmaqala səbəb olar.

Süleyman Dəmirəlin bu sözləri Elçibəyin Türkiyəyə olan ümidlərini də kövrək şüşə kimi çilik-çilik elədi. Bir anlıq dinib-danışmadı. Bu susqunluğun səbəbini Süleyman Dəmirəl anladı.

- Həqiqətin bir üzü var, sayın Elçibəy. Türkiyə hökuməti həmişə öz dövlət mənafelərini qoruyub. Məni düzgün başa düşün.

- Sayın Süleyman bəy, deyin, indi mən neyləməliyəm. Mənə bir çıxış yolu göstərin.

- Məsləhətim belədir. Cənab Heydər Əliyevi rəsmi olaraq Bakıya çağırın, əminəm ki, sizin üçün çətin olan bu məsələ Heydər Əliyev çox asan həll edər bu məsələni. O, son dərəcə qətiyyətli, iradəli və dünya şöhrətli siyasi xadimdir. Siz bacara bilmədiyiniz iş, həll edə bilmədiyiniz məsələni Heydər Əliyev üçün o qədər də çətin olmaz. Başınızın üstünü alan təhlükəni qansız-qadasız sovuşdurar. Yenə deyirəm, cənab Heydər Əliyev çox cəsarətli, dəyanətli və qətiyyətli şəxsiyyətdir.

Biz Heydər Əliyev cənablarını əvvəllər hakimiyyətin ən yüksək qanadına çağırmışdıq, gəlmədi. Gəlmədiyi bir yana dursun, ona zəng edən bəylərin telefon zənglərinə də cavab vermədi.

- Nə vaxt çağırmısınız cənab Heydər Əliyevi?

- Ötən il, biz hakimiyyətə gələndə.

- Onda gəlməsə də, indi gələr. Heydər Əliyev xalqını, millətini, dövlətini sevən ən böyük siyasət nəhəngidir. Nəhənglər isə millətininm və dövlətinin taleyinə biganə qala bilmərik.

- Yəni, deyirsiniz bizim çağırışımıza gələr?

- Əlbəttə, gələr, sayın Elçibəy. O, icazə verməz ki, millətinin min qan-qada ilə qazandığı hakimiyyəti, bir dəstə pozğun avara ələ keçirib, dövlət müstəqilliyinə qəsd etsin.

Elçibəy telefon dəstəyi əlində, yenidən fikrə getdi. Çağırsın, necə çağırsın? İqtidar dostları, həmkarları və onu hakimiyyətə gətirən xalq nə deyər bu çağırışa? Qınamayacaqlarmı onu? Çağırmasın, necə çağırmasın. Bir-iki gün də belə keçsə, Surətin qiyamçıları kəsəcəklər Bakının kandarını.

Dəstəkdən Süleyman Dəmirəlin boğuq səsi eşidilirdi:

- Məni eşidirsənmi, sayın Elçibəy?

- Bəli, bəli! Eşidirəm sayın Süleyman bəy!

- Nə qədər gec deyil, cənab Heydər Əliyevi rəsmən çağırın hakimiyyətə. O, möhkəm, iradəli, qorxmaz və cəsarətli adamdır. Heydər bəy xalqın hakimiyyətini heç vəchlə bir qrup qiyamçıya verməz. – Süleyman bəy azca nəfəsini dərib əlavə etdi:

- Mənim müşavirəm başlayır. Sizin isə Heydər Əliyevi çağırmaqdan başqa çıxış yolunuz yoxdur. Ya cənab Heydər Əliyevi hakimiyyətə çağırın, ya da müstəqilliyin və hakimiyyətin sonunu gözləyin. Çox sağ olun, sayın Elçibəy!

Dəstəkdə azca xırıltılı səs kəsilsə də, Elçibəy telefon dəstəyini xeyli müddət aparatın üstünə qoymadı.

 

***

 

Həmin an Heydər Əliyev Naxçıvan Ali Məclisindəki geniş kabinetində oturub müdrikliyin və dahiliyin bütün həkət vasitələrini beynində işə salmışdı. Gəncədə baş verən dəhşətli hadisələr, kimlərinsə günahı ucbatından tökülən qanlar və AXC-Müsavat Cütlüyünün idarə etdiyi xalq hakimiyyətə böyük təhlükə yarandığını ürək ağrısı ilə düşünür və bu dəhşətli təhlükənin qansız-qadasız aradan qaldırılması yollarını ayıq başla soyuq ürəklə, iti düşüncə ilə arayıb-axtarırdı.

"Hakimiyyət gəldi-gedərdi. Dünənə Həsən Həsənov idi hakimiyyətin başında, bu gün Pənah Hüseynovdur. Sabah isə başqa birisi ola bilər. Lakin Azərbaycan dövləti və dövlətçiliyi əbədi, daimi olmalıdır. Biz var gücümüzlə öz dövlətimizi və dövlətçiliyimizi qorumalı, müstəqilliyimizin keşiyində durmalıyıq”.

Telefon zəng çaldı, Heydər Əliyev dəstəyi qaldırdı:

- Bəli, eşidirəm, Nemət, sənsən? Gəncədə vəziyyət necədir?

- Heydər müəllim, hələ ki, qiyamçılar bütün şəhərə və səhərətrafına nəzarət edir. Şəhərdə hamı Sizin hakimiyyətə gəlişinizi istəyir. Gəncəyə gəlin, qiyama rəhbərlik edin.

- Nemət, mən səni ağıllı bir oğlan bilirdim. Yəni deyirsən mən Gəncəyə gəlim, hakimiyyəti ələ alım. Heç bilirsən bu nə deməkdir? - Millətin və dövlətin müstəqilliyinə qəsd! Dövlət çevrilişi! Bunun başqa adı yoxdur. Ağlını başına yığ, bir də belə axmaq sözlər danışma! – deyib hirslə dəstəyi telefon aparatının üstünə qoydu və yenidən faciəni dincliklə, qansız-qadasız aradan qaldırılması üçün yollar aramağa başladı.

 

***

 

Həmin gün çox ciddi narahatlıqlar keçirən Elçibəy gah hökumət üzvlərini, gah da xalq nümayəndələrini qəbul edib, onların təkliflərini dinlədi. Amma bu təkliflərin heç biri onu qane etmirdi. İstəyirdi hər şey sülhlə qurtarsın. Amma… Axırda Təhlükəsizlik Şurasının iclasın çağırmağı və Heydər Əliyevin Bakıya dəvət edilməsini tək qərara aldı. İclasda o, fikrini qısaca olaraq belə açıqladı:

<!-- [if !supportLists] --> -         <!-- [endif] --> Bəşər tarixində böyük fəlakətlərdən dövlətləri və millətləri adi adamlar yox, dahi adamlar xilas edib. Necə ki, Fransa burjua inqilabının rəhbəri Robupyer gənc Napoleon Bonopartı çağırdı, Napoleon bircə gecədə kral ordusunu darmadağın edərək, Burbonların Parisə açılan yolunu bağladı. Bu hünəri ilə Bonopart özünü tarixin dahilər siyahısına yazdırdı. Şərəf və şöhrət qazandı. Və həm də Fransa inqilabının qəsəbəsini qoruyub saxladı, fransız xalqını Burbonlar xanədanların zülmündən xilas elədi”.

Elçibəy fikrini tamamlayıb Şura üzvlərinə baxdı, o, bilmək istəyirdi ki, dedikləri kimə necə təsir eləyib. Bir-iki nəfərdən savayı hamının üzündə xoş təbəssüm duyulardı.

- Mənim də, Azərbaycan Respublikasının Prezidenti kimi, şəxsi fikrim belədir: Cənab Heydər Əliyevi Bakıya çağırmaq və ona səlahiyyət vermək.

Elçibəyin fikrinin əleyhinə gedənlər də oldu, onu müdafiə edənlər də. Amma müdafıəçilər əleyhdarlardan çox idi. Bu Elçibəyi sevindirdi.

- Mənə inanın, hörmətli bəylər. Başqa vaxtlar Heydər Ə0liyev bizə lazım olmasa da, bu gün lazımdır. Özü də çox lazımdır. Azərbaycan Respublikasının, Azərbaycan xalqının istiqlalının qorunması naminə bizə lazımdır. Ola bilsin biz bu çağırışdan nəyisə itirə bilərik. Amma qazandığımız Azərbaycan  dövlətinin və Azərbaycan xalqının istiqlalı olacaqdır. Mən əminəm ki, bizim əldə etdiyimiz və qoruyub saxlaya bilmədiyimiz tarixi nailiyyətləri Heydər Əliyev öz böyük əzmi, iradəsi və yüksək dövlətçilik təcrübəsi ilə qoruyub saxlayacaq.

Mübahisələr və mülahizələrlə davam edən Şura iclası gecə yarıyacan davam etdi. Sonda Elçibəyin təklifi ilə iclasa yekun vuruldu. Qərara alındı ki, Heydər Əliyev Bakıya çağırılsın və ona hakimiyyət səlahiyyəti verilsin.

Bu Elçibəyin ən düzgün seçimi, ən böyük uğuru idi. Prezident bu seçimi fəlakət girdabında boğulan müstəqil Azərbaycan Respublikasını həmin dəhşətli fəlakətin pəncəsindən çıxarıb, əbədiyyətə qovuşduracaq.

 

***

 

Müşavirənin səhəri günü Prezident Elçibəy Naxçıvana Heydər Əliyevə zəng vurdu:

- Cənab Heydər Əliyev – Heydər müəllim. Sizi Bakıya dəvət edirəm. Bu dəvət təkcə Azərbaycan hökumətinin yox,  həm də Azərbaycan xalqının dəvəti və tələbidir. Səhər tezdən xüsusi təyyarə Naxçıvana uçacaqdır. Yığışıb həmişəlik gəlin ürəkdən  sevdiyiniz Bakıya.

- Komandanız necə?

- Hələlik Azərbaycan dövlətinin prezidenti mənəm və Azərbaycanın təhlükəsizliyinə, suverenliyinə qanun qarşısında and içmişəm.

- Mütləq gələrəm. Amma sabah yox, o biri gün. İndi isə Sizdən bir xahişim var. İpə-sapa yatmayan Surət Hüseynovun qanuna sığışmayan hərəkətlərini az da olsa cilovlamaq üçün Gəncəyə nüfuzlu ağsaqqallardan və ziyalılardan ibarət bir nümayəndə heyəti göndərmək lazımdır.

- Həmin nümayəndə artıq hazırlanıb, bir azdan Gəncəyə yola düşəcək.

-  İmam Mustafayev və bir də Hacı Allahşükür Paşazadə o qrupda varmı? Yoxdursa, əlavə edin. Hər ikisi Gəncə camaatı arasında böyük nüfuz və hörmət sahibidirlər.

 

***

 

Heydər Əliyev işə Bakıya onun dediyi kimi iyun ayının 8-də yox, 9-da gəldi. Ulu Öndəri Bakıya gətirəcək xüsusi təyyarə səhər saat 10-da artıq Naxçıvan aeroportunda yerə enib, Heydər Əliyevi gözləyirdi. Təyyarədəki hökumət üzvləri və xalq nümayəndələri təyyarə limanından birbaş Heydər Əliyevin iqamətgahına gəldilər.

Azərbaycan prezidentinin rəsmi çağırışını sevinclə qarşılayan Naxçıvan camaatı, Naxçıvan Muxtar Respublikasının ən ağır, dözülməz, faciəli günlərində naxçıvanlılara həyan olan və onları fəlakətin girdabından xilas edən dahi həmyerliləri bu dəfə müstəqil Azərbaycanın xilası üçün Bakıya sevinclə yola salırdılar.

 

***

 

Heydər Əliyevi gətirən təyyarə gündüz saat 3-də Binə aeroportunda yerə endi. Onu qarşılayan nəzərlər təyyarəyə tuşlanmışdı. Hamı Heydər Əliyevi birinci görmək, salamlamaq istəyirdi.

Təyyarənin qapısı açıldı. Heydər Əliyev təyyarədən çıxıb pilləkənin kiçik meydançasında bir anlıq dayandı. Vağzal önündə sıralanıb onu qarşılayanlara baxdı. Bakı havasını sinə dolusu ciyərlərinə çəkdi və adəti üzrə dahi insanı qarşılayanlara əl edib, Bakıdan gedənlərin və onunla Naxçıvandan gələn yaxınlarının arasında mətin, qürurlu, vüqarlı və inamlı addımlarla pilləkəndən endi. Bir daha Heydər Əliyevin pişvazına çıxan çoxsaylı insanları salamlayaraq, onun üçün ayrılmış maşına minib, şəhərə, prezident iqamətgahına yola düşdü. Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan xalqının ürəyində bir ümid çırağı yandırmışdı. Hamı inanırdı ki, Heydər Əliyev qətiyyəti, Heydər Əliyev qüdrəti, Heydər Əliyev hünəri və şücaəti millətin və dövlətin başının üstünü alan faciədən və fəlakətdən mütləq və mütləq xilas edəcəkdir.  

 

Məmməd Əfşan,

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}