Prezidentin köməkçisi:"Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur"

Prezidentin köməkçisi:"Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur"

 

"Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur".

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən əsas parametrlər Azərbaycanın həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

Ə.Həsənov qeyd edib ki, Cənubi Qafqaz dövlətləri içərisində təbii zənginlik və insan parametrləri üzrə ən əlverişli vəziyyət Azərbaycana məxsusdur. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}