Rusiyanın siması və yaxud Jirinovskinin sərsəm iddiaları

Rusiyanın siması və yaxud Jirinovskinin sərsəm iddiaları

 Jirinovski :"Azərbayan olmayacaq, olacaq Bakı quberniyası”

 

Rusiya Liberal –Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskini müasir Rusiyanın siması adlandırmaq olar. Müasir Rusiyanın siyasəti Jirinovskinin fikirləri ilə eyniyyət təşkil edir. Məsələn, Jirinovski keçmiş SSRİ-nin sərhədlərinin yenidən Moskvanın hakimiyyəti altında bərpa ediləcəyini, Rusiyanın Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus, Tacikistan, Özbəkistan, Qazaxısatan, Türkmənistan, Qırğızısatnı yenidən işğal edəcəyini açıq şəkildə bəyan edib. Rusiyanın siması Baltikyanı respublikaların, Estoniya, Litva və Latviyanın adını çəkməyib. Çünki bu respublikalar NATO və Avropa Birliyinin üzvüdür. NATO son bir ildə bu respublikaları ehtimal edilən Rusiya təcüvüzündən qorumaq üçün Litva, Latviya və Estoniyadakı hərbi texnikasnın və canlı qüvvəsinin sayını kəskin artırıb. Rusiya nə qədər yeni imperiyaçılıq isterikasının təsiri altında olsa da, NATO –ya üzv dövlətə hərbi müdaxilənin hansı nəticələrə səbəb ola biləcəyinin fərqindədir. Ona görə də Rusiya rəsmiləri və siyasətçiləri Baltikyanı respublikaların adlarını çəkməkdən yayınırlar. Hətta bir dəfə Rusiya prezidenti Vladimir Putin Baltikyanı respublikalara Moskvanın təcavüz edə biləcəyi ilə fikirləri şərh edərək Kremldə heç kimin ağlını itirmədiyini bəyan etmişdi. Ancaq Rusiya rəsmiləri və siyasətçiləri Baltikyanı respublikalar kimi etibarlı müdafiə çətiri olmayan respublikaları hədələməkdən çəkinmirlər. "Rusiya yalnız güclə hesablaşır”- deyənlərin nə qədər doğru mövqe tutduqları bu gün bir daha təsdqilənir.

Jirinovski kimi Rusiyanın siyasi elitasının əksər hissəsi hesab edir ki, müstqil dövlətlər olan keçmiş sovet respublikaları işğal edilməli, onların nəyinki milli müstqillikləri, hətta milli muxtariyyatları belə olmamlıdır. Jirinovski açıq şəkildə bəyan edib ki, "Azərbayan olmayacaq, olacaq Bakı quberniyası”.

Əlbəttə, Rusiyanın buna imkanı çatsaydı, bir an belə gözləmədən keçmiş sovet respublikalarını işğal edərdi. Ancaq Rusiyanın bunun üçün resursları yoxdur. Ukraynanın Şərq vilayətlərini işğal etmək cəhdi uğursuzluğa düçar olduqdan sonra, hər kəs Moskvanın nəyə qadir olduğunu gördü. Rusiyanın Suriyadakı iştirakı da Moskvanın nəyə qadir olduğunu göstərdi. Suriya nümunəsi göstərdi ki, rus əsgəri yalnız hərbi texnikanın arxasında gizlənməyə qadirdir, səngər döyüşü aparmağa qadir deyil.

Eyni zamanda  sovet respublikaları da 25 il əvvəlki respublikalar deyil. Hər biri pis-yaxşı özünün ordusuna, təhlükəsizlik qüvvələrinə və ən əsası köləliyi görməmiş yeni nəslə malikdir. Sovet rejiminin nəfəsini hiss etməmiş yeni nəsili isə Rusiya cəlb etmir. Əksinə, Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna, Moldova və hətta Belarus kimi ölkələrdə gənclik üzünü Avropaya çevirib. Mütəqil dövlətdə doğulan, əsarətin nə olduğunu bilməyən on milyonlarla gəncin iradəsini qırmaq mümkün olmayacaq.

Ukraynanın Şərqində baş verənlər də göstərdi ki, keçmiş müttəfiq respublikalarının müstəqillik tərəfdarları bir-birinə kömək etməyə, Rusiyaya qarşı çiyin-çiyinə savaşmağa qadirdir. Əgər, Rusiya Jirnovskinin sərsəmləmələrini həyata keçirməyə başlasa, o zaman qarşısında xalqların ittifaqını görə bilər.

Jirnovskinin dediklərini isə sərsəm fikirlər olsa belə, ciddiyə almaq lazımdır. Məsələ ondan ibarətdir ki, Rusiyanın yalnız yeni müharibələr aparacağı halda, keçmiş SSRİ-nin sərhədlərini bərpa edəcəyi halda özünün ərazi bütövlüyünü qoruyub, saxlaya biləcəyini düşünənlər indi hakimiyyətdə geniş təmsil olunurlar. Rusiya məhz özünün dağılmaq qorxusu altında hər cür sərsəm addım ata bilər. Buna görə, keçmiş sovet respublikaları özlərinin müdafiə qabliyyətlərini artıramaq, müttəfiqlər tapmaq istiqamətində fəal iş aparmalıdır. Rusiyanın yalnız güclə hesablaşdığını nəzərə alaraq hər bir müstəqil respublika müqavimət göstərə bilmək gücündə olmalıdır. Əgər Rusiya qarşısında müqavimət göstərə biləcək güc görsə, sərsəm planlarından imtina edər.

Jirinovskiyə gəldikdə isə, Rusiyanın siması olan b şəxs keçmiş SRRİ respublikaları tərəfindən arzuolunmaz şəxs elan olunmalıdır. Özünə hörmət edən hər bir respublika bu addımı atmalıdır.

Xəqani Cəfərli,
"Yeni Sözçü" qəzeti


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}