Prezident İlham Əliyev:"Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik"

Prezident İlham Əliyev:"Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik"

 

Biz uğurlu siyasətimizlə ölkəmizi gücləndiririk. Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik.

Azərtac xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.

"Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub”, – deyə dövlətimizin başçısı əlavə edib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}