Prezident seçkilərinin vaxtı dəyişdiriləcək?

Prezident seçkilərinin vaxtı dəyişdiriləcək?

 


Nazirlər Kabinetinin tərkibi də tamamilə yenilənəcək

Mehriban xanım Əliyevanın birinci-vitse prezident təyin olunması ilə ölkə yeni mərhələyə qədəm qoydu. Bu yeni mərhələ isə ölkə idarəçiliyində ciddi dəyişiklikləri qaçılmaz edir. İlk öncə onu qeyd edək ki, Nazirlər Kabinetinin tərkibində cidd kadr dəyişikliyinin şahidi olacağıq. İqtidara yaxın mənbədən aldığımız məlumata görə, mərhum prezident Heydər Əliyevin doğum günü qeyd edildikdən sonra hökumətin tərkibində dəyişikliklər həyata keçiriləməyə başlayacaq. İlin sonuna kimi bu proses yekunlaşacaq. Gələn ilin mayında isə prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Məlumatlı mənbənin sözlərinə görə, bunun üçün qanunvericiliyə dəyişiklik edilməsi gözlənilmir. Sadəcə olaraq prezident İlham Əliyev vaxtından əvvəl seçki keçirilməsi ilə bağlı fərman imzalayacaq. Bu fərmanla isə prezident seçkiləri nəzərdə tutulduğundan daha əvvəl keçirilməsinə imkan verəcək. Hakimiyyəti bu seçkidə kimin təmsil edəcəyi tam məlum olmasa da, çox böyük ehtimalla prezident İlham Əliyev dördüncü dəfə dövlət başçısı olmaq istəməyəcək. Hakimiyyətin yüksək dairələrinin rəyinə görə dördüncü dəfə prezident seçilmək İlham Əliyevin Qərbdə daha çox tənqid olunmasına və hətta bəzi sanksiyalara məruz qalmasına səbəb ola bilər. Ancaq Qərbin aparıcı siyasi dairələri arasında müsbət imicə və dəstəyə malik olan Mehriban xanım Əliyevanın namizəd olması tamamilə fərqli vəziyyət yaradır. Qərb müsəlman bir ölkədə xanım prezidentin olmasını çox yüksək qarşılaya bilər. Qərbdə gözəl xatırlayırlar ki, məhz xanım dövlət başçılarının hakimiyyəti illərində Şərq ölkələrində islahatlar daha sürətlə həyata keçirilir. Benəzir Bhutto Pakistandakı hakimiyyət illərini xatırlamaq kifayətdir. Onun dövründə Pakistanda insan hüquqlarının qorunması istiqamətində ciddi addımlar atılmış, demokratik islahatlar həyata keçirilmişdi. İndi də Qərbin aparıcı siaysi dairələri Azərbaycanda islahatların dərinləşməsi, demokratik proseslərin güclənməsi üçün xanım siyasətçinin dövlət başına gəlməsində maraqlı ola bilərlər.

Mehriban xanım Əliyevanın dövlət başçısı postuna gəlməsi Qərbdə olduğu kimi, ölkə daxilində də müsbət qarşılana bilər. Mehriban xanımın prezident olması iqtidar-müxalifət münasibətlərində yeni səhifə aça bilər. Heç kimı sirr deyil ki, son illər hakimiyyətlə müxalifət arasında münasibətlər çox kəskinləşib. Hər kəs dərk edir ki, həsas geosiyasi bölgədə yerləşən Azərbaycanda belə bir vəziyyət bütövlükdə milli maraqlara ziddir. Belə vəziyyət ölkəni xarici təzyiqlər qarşısında daha zəif hala gətirir. Ona görə də iqtidar-müxalifət münasibətləriin yumşalması indi çox mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın dövlət başçısı seçilməsi qırılma nöqtəsinə gəlmiş iqtidar-müxalifət münasibətlərinin axın istiqamətin müsbət istqamətə dəyişə bilər. Əlbəttə, bunu arzulamayanlar da var. Xüsusilə də bu proses nəticəsində öz mövqeyini itirəcək mühafizəkarlar prosesi əngəlləməyə çalışacaqlar. Onlar 2013-cü ildə olduğu kimi 2018-ci ildə də Mehriban xanım Əliyevanın siyasi olimpin zirvəsinə yüksəlişini əngəlləməyə çalışacaqlar. Ancaq bu dəfə onların uğur qazana biləcəyi az ehtimal olunur. Çünki, artıq Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması ilə mühafizəkarların mövqeləri xeyli dərəcədə sarsılıb. Qarşıdakı həftə və aylarda bu proses daha da dərinləşəcək. Mühafizəkarlar hökumətdəki bütün mövqelərini itirəcəklər. Onların yerinə isə gələcək siyasi vəziyyətin tələblərinə cavab verən kadrlar gətirələcək. "Yeni Sözçü” qəzetinin redaksiyasına mövqelərini itirəcək nazirlərlə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatları araşdırmağa davam edəcəyik. Hökumətdə təmsil olunan hansı nazirlərin və komitə sədrinin mövqelərini itirəcəkləri ilə bağlı məlumatı "Yeni Sözçü” qəzetindən ala bilərsiniz.

"Yeni Sözcü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}