16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
7-03-2024, 19:39
6-03-2024, 16:45
"NATO Rusiya üçün təhlükə kəsb etmir”.
Bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.
"NATO Rusiya üçün təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır. Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, deyə C.Mettis qeyd edib.
Onun sözlərinə görə, Rusiya NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq