Milli Məclisdən Avropa Birliyinə, Avropa Şurasına müraciət - Alxanlı şəhidləri barədə

 

"Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib”.

Bunu Modern.az-a özəl açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib.

Aparat rəhbəri bildirib ki, düşmənin Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda qaldırılır.

"Bununla bağlı Avropa Birliyinə, Avropa Şurasına məlumat verilib və Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda məsələ qaldırılıb”.

 
S.Mirzəyev həmçinin bildirib ki, Alxanlı hadisəsi ilə bağlı Milli Məclisin ayrı-ayrı işçi qrupları səviyyəsində bəzi ölkələrə bəyanatlar göndərilir.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}