Deputat Arif Rəhimzadə:“İstəyirlər ki, birinci Azərbaycanı sındırsınlar...”

Deputat Arif Rəhimzadə:“İstəyirlər ki, birinci Azərbaycanı sındırsınlar...”

 "Azərbaycanı o tərəfə də, bu tərəfə də çəkmək istəyirlər, ancaq deyir ki, yox, mən öz yolumu seçmişəm, öz yolunla getməliyəm. Bax, əsas səbəb budur. Bundan ötrü erməni faktorunu da, başqa şeyləri də istifadə edirlər. Son nəticə də belədir ki, Azərbaycanın üstünə düşüblər, ona hədə-qorxu gəlirlər, təzyiqlər göstərirlər.

Sozcu.info bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində deputat Arif Rəhimzadə Qərbin ölkəmizə təzyiqlərini şərh edərkən deyib.  Deputat bildirib ki, buna baxmayaraq Azərbaycan çox real və düşünülmüş xarici və daxili siyasət yürüdür. Bu siyasət çərçivəsində də öz fəaliyyətini həyata keçirir. Prezidentlərin son Cenevrə danışıqlarına toxunan A.Rəhimzadə işğalçı Ermənistana nə üçün təzyiq edilməməsinə münasibətini açıqlayıb:  "Birinci növbədə istəyirlər ki, əvvəlcə Azərbaycanı sındırsınlar, ondan sonra Ermənistana qarşı başlasınlar. Söhbət bundan gedir. Ona görə yox ki, erməniləri sevirlər. Düzdür, xaricdə ermənilərin təsiri azərbaycanlılardan çoxdur. İndinin özündə Amerika Ermənistana da, Dağlıq Qarabağa da maliyyə yardımı göstərir. Digər qonşu, lap müsəlman ölkələr də həmçinin. Belə hal var. Mən sizə deməliyəm ki, düzgünlük, ədalət, normal münasibət nə qədər götür-qoy etsən, hamısından çox yəqin ki, elə Azərbaycandadır.

Deputat gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində Moskvanın təzyiqləri ilə bağlı səslənən şərhləri rədd edib: "Məndə belə təsəvvür yaranıb ki, Rusiya Azərbaycana çox da elə təsir göstərmir. Rusiyanın iqtisadi, digər maraqları var, ancaq Azərbaycanın siyasəti müəyyən qədər Rusiyanı da təmin edir. Rusiya tərəfdən bizə çox təhlükə görmürəm.

O, indiki şəraitdə Azərbaycanın Avrasiya Birliyinə qoşula bilməyəcəyini etiraf edib: "Burada bir düzəliş olmasa, bu, çox çətin məsələdir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}