Vladimir Jirinovski: "Polşa və Finlandiyanı Rusiyanın tərkibinə qaytarmaq lazımdır"

Vladimir Jirinovski: "Polşa və Finlandiyanı Rusiyanın tərkibinə qaytarmaq lazımdır"
"1917-ci ilə qədər Rusiyanın tərkibində olmuş bütün torpaqlar geri qaytarıılmaldır"

Rusiya Liberal-demokrat partiyasının sədri Vladimir Jirinovski 1917-ci ilə qədər Rusiyanın tərkibində olmuş bütün torpaqların yenidən işğal edilməsini təklif edib.

Rus mətbuatı xəbər verir ki, Jirinovski Krımla işin bitmədiyini vurğulayaraq prosesin davam etməsinin vacibliyini vurğulayıb.

"1917-ci ilə qədər Rusiyanın tərkibindəki bütün regionlar yenidən geri qaytarılmalıdır. Rusiyanın sahəsi 1991-ci il yanvar ayının 1-də necə olubsa, həmin vəziyyətinə qayıtmalıdır", deyə Jirinovski bildirib.

Daha sonra Jirinovski əlavə edib ki, "1917-ci ildən sonra birinci qeyri-qanuni olaraq Polşa ayrılıb. Daha sonra Sovnarkom"un qərarı ilə Finlandiyaya müstəqillik verilib, amma həmin qurumun o zaman belə bir qərar vermək hüququ yox olmayıb. Bunlar qanunsuzdur".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}