Qüdrət Həsənquliyev Hesablama Palatasını TƏNQİD ETDİ

Qüdrət Həsənquliyev Hesablama Palatasını TƏNQİD ETDİ

 

"Necə olur ki, Milli Məclisə kömək edən bir qurumun auditorları deputatlardan çox maaş alır?"

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Hesablama Palatası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Hesablama Palatasının auditorları komitə sədrləri ilə bərabər səviyyədə maaş alır:

"Rusiyada Millət vəkili 6 min dollar maaş alır. Bu məsələyə baxılmalıdır”.

Millət vəkili Hesablama Palatasının audit yoxlamalarına da toxunub: "Bütün sahələrdə xərclərin azaldılmasına çalışırıq. Hesab edirəm ki, Hesablama Palatası kifayət qədər hazırlıqlı insanları audit kimi cəlb edir. Buna görə də regionlarda əlavə bölmələr, hazırlıq kurslarının yaradılmasına ehtiyac yoxdur. Bəzən baxırıq ki, Hesablama Palatası hər hansı bələdiyyəni yoxlayır. 100 milyonlarla dövlət zəmanəti ilə kredit götürən səhmdar cəmiyyətlər, dövlət orqanları kənarda qalır. Amma ümumi vəsaitdə 200 manat ayrılan bələdiyyələri yoxlayırlar”.

Millət vəkilinin iradlarına cavab verən sədr bildirib ki, Palata dövlət orqanlarının heç birini kənarda qoymur:

"Palata bütün dövlət qurumlarını yoxlayır. Bələdiyyələrə gəldikdə deməliyəm ki Palata 2700 bələdiyyəni deyil, bir neçəsini yoxlayır”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov millət vəkillərinin qanun layihəsi ilə bağlı suallarına cavab verib.

"Millət vəkillərinin hər bir təklifi qanun layihəsinin təkmilləşdirilməsi zamanı nəzərə alınacaq. Bələdiyyələrlə bağlı yoxlamalara gəldikdə, biz son illər heç bir bələdiyyənin fəaliyyətini yoxlamamışıq. Digər təkliflərə isə baxılacaq”.

Bununla da Hesablama Palatası haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}