Xəqani Cəfərli. Rusiyaya qarşı ikinci cəbhə açılır

Xəqani Cəfərli. Rusiyaya qarşı ikinci cəbhə açılır
ABŞ-ın müdafiə naziri, dünyada ən məlumatlı şəxslərdən bri olan Eşton Karter Rusiyanın tezliklə Suriyada ilk itgilərini verəcəyi ilə bağlı xəbərdarlıq edib. Pentaqon şefindən əvvəl, hələ sentyabr ayında ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın Suriyaya məsələsinə müdaxilə edəcəyi halda cihadıçıların daha da fəallaşacağı ilə bağlı xəbərdarlıqla çıxış etmişdi. Qərb diplomatları da Rusiyanın Suriyaya müdaxiləsi İslam Dövləti kimi radikal sünni qruplaşmalarını qızışdıracağı ilə bağlı xəbərdarlıq edirlər. ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın sünni cihadçılarının hədəfi ola biləcəyini açıqlayaıb. Hərbçilər, diplomatlar və xüsusi xidmət orqanlarının təmsilçiləri Rusiyanın Suriyada itgilər verə biləcəyi ilə yanaşı, Rusiyanın özünün də daxilində dini zəmində gərginliyin artacağı ilə bağlı xəbərdarlıq edirlər. Ekspertlər isə Ramazan Kadırov istisna olmaqla Rusiyanın müslman liderlərinin heç birinin Moskvanın Suriya siyasətini dəstəkləmədiyinə diqqət çəkirlər. Əksər ekspertlər tezliklə Rusiyanın Əfqanistanda olduğu kimi islamçılarla savaşmaq zorunda qalacağını ehtimal edirlər. Bu zaman həm də Rusiyanın bir neçə cəbhədə savaşmalı olacağını da istisna etmirlər. Artıq rəsmi Moskva da belə bir prespektivə hazırlaşır. Artıq bir neçə güündür ki, Rusiya Tacikistana Mi-24 və Mi-8 zərbə helikopterləri göndərir. Belə görünür ki, Rusiya ikinci cəbhənin açılacağından ehtiyyat edir. Bəzi ekspertlər isə hətta üçüncü cəbhənin də açıalacağını ehtimal edirlər. Bu üçüncü cəbhənin isə Qafqazda açılacağı gözlənilir ki, bu da Azərbaycanın maraqlarını təhlükəyə ata bilər.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}