Iran prezidenti ABŞ-ı region ölkələrini parçalamağa çalışmaqda ittiham edib

Iran prezidenti ABŞ-ı region ölkələrini parçalamağa çalışmaqda ittiham edib

 

İran prezidenti Həsən Ruhaniİranın Suriya və İraqa yardımının bu ölkələrin parçalanması planlarını pozduğunu bəyan edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən H. Ruhani deyib ki, ABŞ və İsrailin Livanda iğtişaş yaratmaq planı da İran və dost ölkələrin dəstəyi ilə pozulub.

 

Regiondakı problemlərin danışıqlar yolu ilə həllini zəruri sayan İran prezidenti ABŞ-ın İranın daxili işlərinə qarışmaq cəhdlərinin də baş tutmadığını vurğulayıb. H. Ruhani ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının  ilə bağlı mövqeyini də tənqid edib: "ABŞ-ın Qüds planı da uğursuz oldu, çünki dünya bu çirkin plana müqavimət göstərdi". 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}