Erməni mətbuatı: Türkiyədən qaçan PKK terrorçuları Ermənistana toplaşırlar

 

Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar. Bunu Ermənistanın "Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilirlər.

"PKK hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya yumuşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə işəriat yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar", - deyə məqalədə vurğulanıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}