Sərdar Cəlaloğlu İranda səfərdədir – SİYASİ GÖRÜŞLƏRİ GÖZLƏNİLİR

Sərdar Cəlaloğlu İranda səfərdədir – SİYASİ GÖRÜŞLƏRİ GÖZLƏNİLİR

 

ADP sədri Sərdar Cəlaloğlu və partiya sədrinin birinci müavini Həsrət Rüstəmov İran İslam Respublikasında səfərdədirlər.

Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, səfərdə məqsəd İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə 10-13 fevral tarixlərində Tehranda keçirilən bayram tədbirlərində iştirak etməkdir.

Səfər çərçivəsində eyni zamanda İran İslam Respublikasının siyasi təmsilçiləri ilə və dövlət televiziyasında görüşlər də nəzərdə tutulub. Səfər 13 fevral tarixində başa çatacaq.

Xatırladaq ki, səfər Tehran İslami Təbliğat İdarəsinin Əlaqələndirmə Şurası adından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahagirzadənin dəvəti ilə reallaşıb.

Digər müxalifət partiyalarından VİP sədri Əli Əliyevin də İranda səfərdə olduğu bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}