“Eks-nazirlər YAP-a zəng vururlar” – Siyavuş Novruzov

“Eks-nazirlər YAP-a zəng vururlar” – Siyavuş Novruzov

 

"Görürsən ki, bu gün bəzi KİV-lərdə vəzifədən çıxarılan nazirlər və yaxud yüksək vəzifədə çalışmış insanlarla bağlı nələrsə yazırlar". 
Sözçü.info  xəbər verir ki, bu fikirləri unikal.org-a müsahibəsində YAP-çı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, sabiq nazirlər vəzifədən getsələr də, Prezidentə dəstək vermək istəyirlər:

"Bu gün vəzifədən kənarlaşdırılan və haqqında istintaq işi aparılan adamlar var. Amma hər bir vəzifədən getmiş eks məmurlar ən azı zəng edib, öz köməkliklərini təklif edirlər. Onların bəziləri müyyən sahələrdə də iştirak edirlər. Azərbaycanda elə bir adam yoxdur ki, ondan düşmən obrazı yaradasan. Çünki eyni quruluşdu və eyni sistemdir. İndi işində nöqsanı olub vəzifəsindən kənarlaşdırılıb. Vəzifə əbədi deyil ki? Veriləndə yaxşı idi, çıxarılanda pis? Bu gün o adamlar işdən çıxarılıbsa, o demək deyil ki, heç bir işlə məşğul ola bilməzlər! Onların bəziləri müəllim işləyir və bəziləridə digər sahələrdə çalışırlar. Həzrəti Əli 25 il ağac əkdi, yol, su çəkdi, quyu qazdı və sonda gəldi xəlifə oldu".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}