Umudumuz, pənahımız İlhamdı - Qazaxlılar...

 

Seçkiyə gələnlərin 99%-i İlham Əliyevə səs verəcək

Müstəqil Ekspert Qrupumuz fəaliyyətini davam etdirir. 

Bir neçə gün öncəyə qədər Qrupumuz Bakı şəhərinin Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonlarında, Şirvan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində, Qəbələ, Ağdaş və Ağstafa rayonlarında 220-yə qədər seçki məntəqəsində və onların ərazilərində müşahidələr, monitorinqlər və sorğular aparıb. Yuxarıda sadaladığımız şəhər və rayonlarımızdan sonra Cənubi Qafqazın üç respublikasının sərhəddində olan şairlər vətəni Qazaxda olduq. 

20-yə yaxın seçki məntəqələrində apardığımız müşahidələrimiz göstərdi ki, Qazax prezident seçkilərinə tam hazırdı.

Seçki məntəqələrinin ərazilərində apardığımız sorğularımız göstərdi ki, seçkidə iştirak etmək istədiyini bildirən seçicilərin 99%-dən çoxu İlham Əliyevə səs verəcək.

Qeyd etməliyəm ki, neçə illər bundan öncə adını unutduğum Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Bakıda "Aktyor evi"ndə əslən Qazaxdan olan ziyalılarla görüş keçirirdi. O zaman mən də həmən görüşdə iştirak edirdim. Görüşdə çıxış edənlər icra başçısına tərif üstündən tərif deyirdilər. Gurultulu alqışlar olurdu. Qazax haqqında isə bircə kəlmə, bircə təklif də deyilmirdi. Əlimi qaldırıb söz istədim. İcra başçısı məni tribunaya dəvət etdi. Qazax rayonunun sosial-iqtisadi inkişafı haqqında təkliflər verdim. Təkliflərimdən biri də Qazağın Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyətli Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinə Bakı- Tbilisi şossesinin Yuxarı Salahlıdan keçən hissəsindən şosse yolunun çəkilməsi ilə bağlı idi. Bu təklifim 15 gündən sonra reallaşmağa başladı. Deyilənə görə Prezident İlham Əliyev yolun  çəkilməsi işinin icrasını əslən Qaymaqlı kəndindən olan İqtisadiyyat naziri Şahin Mustafayevə tapşırmışdı.

O zaman "Aktyor evi"ndə oxuduğum təkliflərim bu gün də aktual olduğundan fürsətdən istifadə edib onları indiki dövrə uyğunlaşdıraraq bir daha hörmətli KİV-lərimizin vasitəsilə Prezidentimiz İlham Əliyevin nəzərinə çatdırmaq istəyirəm.

1. Qazax rayonu Cənubi Qafqazın mərkəzi olduğundan, Respublikamızın Qərb qapısı olduğundan Qazax rayonu Azərbaycanın "pasportu" olmalıdı.

2. Qazax rayonunun ərazisində işsizliyin kökü tamamilə kəsilməli, texnoparklar və

aqroparklar yaradılmalıdı.  

3. Qazax rayonunda Gürcüstan və Türkiyə ilə birgə müəssisələr yaradılmalıdı.

4. Başda Qazax rayonu olmaqla Qazax-Ağstafa-Tovuz-Şəmkir bir regionda birləşdirilə bilər. Tarixən də bu belə olub.  

5. Qazax rayonunun bütün susuz kəndlərinə su (ələlxüsus da suvarma suyu) çəkilməlidi. Bu kəndlərdən strateji əhəmiyyəti olan Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərini göstərmək olar.   

Əlavə olaraq deyə bilərəm ki, Qazax şəhərinin mərkəzində polis idarəsinin, prokurorluğun, kənd təsərrüfatı nazirliyinin idarəsi yaxınlığında çox böyük sahəni əhatə edən gözəl ağacları olan boş sahə var. Qazax rayon sakini, rayonun Təhsil idarəsinin keçmiş rəhbəri həmin ərazini mənə göstərdi və dedi ki, burada insanların istirahəti üçün Zərifə Əliyeva adına parkın yaradılması rayon sakinlərinin ürəyincə olacaq.   

Sonda Müstəqil Ekspert Qrupumuzun adından Qazax rayonunda müşahidələrimizə, monitorinqlərimizə və sorğuların aparılmasına böyük dəstək verən gözəl insan, böyük müəllim, dövlətçiliyimizə sədaqətli, yüksək hörmət sahibi və Qazax rayonunun Təhsil Şöbəsinin keçmiş rəhbəri Əhməd Dərgahquliyevə minnətdarlığımı bildirirəm!

 

 

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}