İlham Əliyevdən qeyri bir namizəd tanımırıq-Ucarlılar və Göyçaylılar...

İlham Əliyevdən qeyri bir namizəd tanımırıq-Ucarlılar və Göyçaylılar...

 


 

 

Müstəqil Ekspert Qrupumuz prezident seçkiləri ilə bağlı böyük coğrafiyada geniş spektrli fəaliyyətini yekunlaşdırmaqdadı. 

Qrupumuz Bakı şəhərinin 1)Yasamal, 2)Binəqədi, 3)Nəsimi, 4)Səbail, 5)Nərimanov rayonlarında, 6)Şirvan,7)Sumqayıt, 8)Mingəçevir, 9)Gəncə şəhərlərində,10)Qəbələ, 11)Ağdaş, 12)Qazax, 13)Ağstafa, 14)Tovuz, 15)Şəmkir rayonlarında  270-ə yaxın seçki məntəqəsində və onların ərazilərində müşahidələr, monitorinqlər və sorğular apardıqdan sonra16)Ucar və 17)Göyçay rayonlarında  30-a yaxın seçki məntəqələrində və onların ərazilərində oldu. Seçki məntəqələrində apardığımız müşahidələrimiz göstərdi ki,  Ucar və Göyçay rayonları da prezident seçkilərinə tam hazırdı.

Seçki məntəqələrinin ərazilərində apardığımız sorğularımız göstərdi ki,

seçkidə iştirak etmək istəyən seçicilərin hamısı İlham Əliyevdən qeyri namizəd tanımırlar. Onlar digər namizədlərin prezident ola biləcəyini ağıllarına belə gətirmirlər.

Beləliklə Ucar və Göyçay da daxil olmaqla müşahidələr, monitorinqlər və ərazilərində sorğular apardığımız seçki məntəqələrinin sayı 300-ə çatdı.

Sonda Qəbələ, Ağdaş, Ucar və Göyçay şəhərindəki seçki məntəqələrində müşahidələrimizin, monitorinqlərimizin və sorğularımızın aparılmasına böyük əmək sərf edən Ucar rayonu Şilyan kənd orta məktəbinin riyaziyyat müəllimi, Ucar rayon mərkəzində yaşayan gözəl insan və şair, Müstəqil Ekspert Qrupumuzun üzvü İlqar Əliyevə böyük təşəkkürümü bildirirəm. Həm də İlqar Əliyevin İlham Əliyev haqqında yazdığı şerindən 1 parçanın bu yazıda verilməsini zəruri hesab edirəm.

 

İlqar Əliyev:

Gəz dünyanı qarış-qarış,

İngiliscə, rusca danış,

Vətən üçün tut dost-tanış,

Prezident İlham Əliyev!              

   

 

Prof.Dr. Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Avropa Təbiət Elmləri Akademiyasının akademiki,

2008 və 2013-cü illərdə Azərbaycan prezidentliyinə namizəd

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}