Nazirlikdə mühüm dəyişiklik: Xidmət rəisi işdən çıxarıldı - Yerinə təyinat oldu

Nazirlikdə mühüm dəyişiklik: Xidmət rəisi işdən çıxarıldı - Yerinə təyinat oldu

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işdən çıxarılıb.

Bununla bağlı kənd təsərrüfatı naziri İman Kərimov sərəncam imzalayıb. Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. 

***

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub. Bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib. O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib. 

B.Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996). 2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011). 2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}