Rusiya Misiri məğlub etdi, növbəti mərhələyə çıxdı - Məhəmməd Salahın qolu kara gəlmədi

 

Bu gün Dünya Çempionatının A qrupunda 2-ci tura start verilib.

 

Sozcu.info xəbər verir ki, Rusiya milliləri  Misir yığması ilə qarşılaşıb.

Oyunun 47-ci dəqiqəsində avtoqol nəticəsində Rusiya hesabı açıb. Belə ki, rus futbolçunun vurduğu top Əhməd Fəthiyə toxunaraq qapıya daxil olub - 1:0

59-cu dəqiqədə isə Çerişev Rusiyanın 2-ci qolunu vurub- 2:0.

Bu qoldan 3 dəqiqə sonra Zuba Rusiya millisina 3-cu topunu Misirin qapısından keçirib - 3:0.

Misir yığması isə bu qollardan yalnız birinin əvəzini çıxıb. Belə ki, 72-ci dəqiqədə Məhəmməd Salahpenaltidən  fərqi azaldıb -  3:1

Bu qələbə sayəsində xalını 6-ya çatdıran Rusiya növbəti tura vəsiqəni təmin edib.

Qeyd edək ki, ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdi. Ulduz futbolçu Məhəmməd Salahın çıxış etdiyi Misir yığması isə Uruqvaya 0:1 hesabı ilə uduzmuşdu.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}