“Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir” - MÜDAFİƏ NAZİRİ

“Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir” - MÜDAFİƏ NAZİRİ

 

"Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb”.

Sozcu.info xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.

Z. Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”./apa/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}