Angela Merkelin Azərbaycana səfəri əlaqələrin inkişafına böyük təkan verəcək

 


 

Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına böyük təkan verəcək.

Sozcu.info  bildirir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov Almaniyanın Avropada iqtisadi güc mərkəzi olduğunu vurğulayıb:

"Bu baxımdan Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin inkişafı hər iki ölkə üçün olduqca faydalıdır. Hesab edirəm ki, bu səfər, həmçinin yeni investisiya imkanlarına yol açır. Bildiyiniz kimi, Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına maraq göstərir. Əlbəttə ki, Almaniya Avropaya enerji resursları tədarükünün marşrutlarını və mənbələrini şaxələndirməyə çalışır. Yəqin ki, səfər çərçivəsində bu istiqamətdə də müzakirələr aparılacaq və Azərbaycanın enerji resurslarının nəqli sahəsində həyata keçirdiyi layihəyə maraq daha da artacaq".

Millət vəkili qeyd edib ki, siyasi baxımdan da A.Merkelin Azərbaycana səfəri ölkəmiz üçün əhəmiyyətlidir:

"İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyi bir daha Kanslerin diqqətinə çatdırılacaq. Almaniya indiyə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və hesab edirəm ki, Berlin bu dəfə də Bakıya dəstəyini nümayiş etdirəcək, bu da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Almaniya Avropa İttifaqının ən fəal üzvlərindən biri olduğu üçün bu səfər eyni zamanda Azərbaycanla Aİ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ümumilikdə səfərin hər iki ölkə üçün faydalı olacağını düşünürəm".

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}