Prezident Masallıya gedib –Sənaye Məhəlləsinin açılışı + FOTOLAR

Prezident Masallıya gedib –Sənaye Məhəlləsinin açılışı + FOTOLAR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Sozcu.info  xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlət başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}