Almaniyadan Ermənistana zərbə: QARABAĞ AZƏRBAYCANA MƏXSUSDUR

Almaniyadan Ermənistana zərbə: QARABAĞ AZƏRBAYCANA MƏXSUSDUR

 

Almaniya Bundestaqının sağçı radikal AfD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib və sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.

Sozcu.info  xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub: 

"AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq QarabağRespublikasını” tanımır”. 

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}