Paşinyanın qorxunc şeytan layihəsi və Vaşinqtonun Qarabağ tələbi - Qeqamyan HƏR ŞEYİ AÇDI

Paşinyanın qorxunc şeytan layihəsi və Vaşinqtonun Qarabağ tələbi - Qeqamyan HƏR ŞEYİ AÇDI

 

"ABŞ Qarabağda müharibə başladaraq, Rusiyanı vurmağı planlaşdırır”.

Sozcu.info  xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes Qeqamyan çıxış edir.

Qeqamyan qeyd edir ki, Ermənistanda Soros Fondu və Qərbin digər qurumları tərəfindən 80-dən çox ictimai təşkilat ölkəni dağıtmaq işini həyata keçirir: "Onların fəaliyyəti mənəvi dəyərləri tam məhv etmək və erməni dövlət quruluşunu dağıtmağa hesablanıb. Bildirməliyəm ki, onlar bu işdə uğur qazanırlar. Bu şeytan layihəsinin başında baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan dayanır”.

Erməni deputat iddia edir ki, ABŞ Paşinyandan Dağlıq Qarabağ münaqişəsini həll etməyi tələb edir.

"Məqsəd burada müharibəni başlamaq və İranla Rusiyaya qarşı istifadə etməkdir. Lakin buna qədər Ermənistanda başqa proseslər baş verəcək. Ölkədə iqtisadi böhran yaradılacaq və bütün günah Rusiyanın üzərinə yıxılacaq. İndiyə qədər belə cəhdlər olub. Digər tərəfdən, ABŞ Ermənistandan İranla sərhədi bağlamağı tələb edəcək. Tramp Obama deyil, o, daha sərt olacaq. Okeanın o tayındakı strateqlər bu proseslərin davamı olaraq Qarabağda müharibəni başladacaqlar və beləliklə, günahkar yenə Rusiya olacaq. Onlar bu planla Rusiyanı tamamilə regiondan çıxarmağı düşünürlər”, - deyə o bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}