“Rusiya ilə aramızda böyük bir müharibə ola bilər”

“Rusiya ilə aramızda böyük bir müharibə ola bilər”

Sozcu.info  xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri başçısının keçmiş müavini İqor Romanenko Rusiya ilə Ukrayna arasında yerləşən Azov dənizinin Ukrayna gəmilərinin üzünə bağladıla biləcəyini və bunun hərbi, diplomatik və iqtisdi cəhətdən böyük müharibəyə səbəb olacağını bildirib.

Rusiyaya qarşı sanksiyalar tətbiq edilə bilər

Romanenko Azov dənizinin Ukrayna gəmilərinin üzünə bağladılacağı təqrdirdə, Qərbin Ukrayna böhranının III Dünya müharibəsinə çevrilməsinə qarşı olduğu üçün onlara aktiv müharibə üçün hərbi dəstək verməyəcəyini, lakin Rusiyaya qarşı iqtisadi və diplomatik olaraq hərtərəfli sanksiyalar tətbiq edə biləcəyini irəli sürüb.

Azov dənizi Qara dənizin şimal-şərqində yerləşir və Kerç boğazı ilə Qara dənizlə əlaqəsi var. Azov dənizi Ukrayna ilə Rusiya arasında yerləşən daxili dənizdir. 2014-cü il martın 18-də Rusiya qanunsuz şəkildə Ukraynaya məxsus Krım yarımadasını işğal elədikdən sonra bölgədə gərginlik bitmək bilmir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}