Qarabağ konfliktinin həlli üçün cəsarət çatmır? - "BIÇAQ SÜMÜYƏ DİRƏNMƏK ÜZRƏDİR"

Qarabağ konfliktinin həlli üçün cəsarət çatmır? - "BIÇAQ SÜMÜYƏ DİRƏNMƏK ÜZRƏDİR"

 

Qabil Hüseynli: "Azərbaycana cəsarət nümunəsini göstərməyə mane olan regional güclər var”

"Bıçaq sümüyə dirənəndə Azərbaycan yenidən cəsarət nümunəsi göstərməyə məcbur olacaq”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin sabiq analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib ki, cəsarət və yaradıcılığın kifayət qədər olmaması ucbatından Dağlıq Qarabağ münaqişəsi hələ də həlli yolunu tapmayıb.

Maraqlıdır ki, Pol Qobl cəsarət və yaradıcılığın kifayət qədər olmamasını deyərkən Minsk Qrupunun həmsədr dövlətlərini, yoxsa münaqişə tərəflərini - Azərbaycan və Ermənistanı nəzərdə tutur?

Şübhəsiz, ilk baxışdan belə görünür ki, P.Qobl "cəsarət yoxdur” deyərkən Azərbaycana eyham vurur. Çünki torpaqları işğal olunan Azərbaycandır, Ermənistan deyil. Ona görə burada cəsarət göstərməli olan tərəf də Azərbaycandır. Amma nədənsə "cəsarət” sözü bizim leksikondan çıxır. Bəlkə Qoblun "kifayət qədər cəsarət yoxdur” deməsi bizi cəsarətə gətirə.

Qobl "kifayət qədər yaradıcılıq yoxdur” deyərkən isə şühəsiz ki, Minsk Qrupunun həmsədr dövlətlərini - ABŞ, Rusiya və Fransanın nəzərdə tutur. Təbii ki, yaradıcılığın kifayət qədər olmaması deyəndə, Qobl bədii yaradıcılıqdan deyil, siyasi yaradıcılıqdan söhbət açır. Məlumdur ki, Azərbaycan və Ermənistan rəbhərləri arasında əlaqələrin yaradılmasına məsul Minsk Qrupudur. Mins Qrupunun isə illərdir apardığı yarıtmaz fəaliyyət göz önündədir. Qobl özü də bunu yaxşı bilir. Ona görə də bu fikri söyləyir. Sadəcə, Minsk Qrupunun həmsədrləri bəzən bölgəyə səfər etsələr də, arada bir görüntü yaratmaq xatirinə monitorinq keçirilər ki, bunun da heç bir effekti yoxdur. Əslində, Minks Qrupu yaradılmışdı ki, Dağlıq Qarabağ problemini həll etsin. Amma bu gün bu Qrupun fəaliyyətini sıfır hesab etmək olar. Ortaya nəticə qoymayan bir Qrupun fəaliyyətini davam edirməsi özü belə absurddur.

Zənnimcə, Qoblun "Cəsarət və yaradıcılığın kifayət qədər olmaması ucbatından Dağlıq Qarabağ münaqişəsi hələ də həlli yolunu tapmayıb” açıqlamasında Ermənistana yönəlik bir ifadə yoxdur. Çünki, qeyd etdiyim kimi torpaqları işğal olunan və cəsarət göstərməli olan tərəf məhz Azərbaycandır. Doğrudur, azərbaycan 2016-cı il aprel döyüşlərində cəsarət göstərdi, torpaqlarımızın kiçik bir qismi də olsa işğaldan azad edildi. Amma bu cəsarətin davamlı olmaması, siyasi iradənin zəif olması üzündən torpaqlarımızın böyük hissəsi erməni işğalındadır. Bu da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi Pol Qobla əsas verir ki, "kifayət qədər cəsarət yoxdur”,-desin.

"Fövqəl dövlətlik eşqinə düşmüş bir dövlət təcavüzkarı müdafiə edir”

Похожее изображение

P.Qoblun açıqlamasını şərh edən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, o, çox Qərb mədəniyyətinə, sivilzasiyana uyğun formada danışır:"Mənim təbirimcə, qoluzorluluğun və neoimperializim ədalarının mövcud olduğu səbəbindən Dağlıq Qarabağ problemini həll etmək olmur. Bu gün Dağlıq Qarabağ problemini həll etmək üçün hər cür şərait var. Amma bəziləri xristian təəssübkeşliyi, bəzilərinin Ermənistana forpost, quberniyası kimi baxması səbəbindən bu problemin həlli ləngiyir və az qala dalana dirənib. Bu mənada Pol Qobl çox yumşaq ifadələrdən istifadə edib və Qərb düşüncə tərzinə uyğun olaraq məsələləri izah etməyə çalışıb. Amma bir bölgədə ki, fövqəl dövlətlik eşqinə düşmüş bir dövlət təcavüzkarı müdafiə edir, onun ərazisində bir neçə baza yaradıb, yeri gələndə onu müdafiə edir, danışıqlar prosesinə müdaxilə edir və nəticə etibarilə danışıqların konstruktiv alınmasının qarşısını alır, ona görə burada cəsarət və yaradıcılıqdan danışmaq çox çətindir”.

"Vandal bir dövlətlə baş-başa qalmışıq”

"Pol Qobl "kifayət qədər cəzarət yoxdur” deyərkən Azərbaycanı hökumətini nəzərdə tutur” sualına Q. Hüseynli belə cavab verdi: "Əlbəttə, iki ölkənin rəhbərliyini də nəzərdə tutur. Amma Ermənistanı müasir sivilizasiyanın bir nümunəsi kimi nəzərdə tutur və danışıqlar prosesində həm cəsarətsizlik, həm də yaradıcılıq kimi terminlərdən istifadə edir. Amma biz bu gün vandal bir dövlətlə baş-başa qalmışıq, torpaqlarımız işğal altındadır, ərazilərimiz yağmalanıb. Bu ərazilərdə ekoloji terrorizm həyata keçirilir. Bəli, bu səbəbdən Azərbaycana cəsarət nümunəsi göstərməsi lazım gələcək. Sadəcə olaraq bu cəsarət nümunəsini göstərməyə mane olan regional güclər var”.

"Bıçaq sümüyə dirənmək üzrədir”

"Hazırda Azərbaycanın Qarabağ istiqamətində atdığı addımları cəsarətsiz hesab etmək olarmı və bu, cəsartsilzikdirsə, nədən doğur” sualını isə Q. Hüseynli belə cavab verdi:"Azərbaycan hələ ki, diplomatiya sahəsində cəsarətli addmlar atmağa çalışır və bəzilərinə nail olur. Dünya ictimai rəyini həqiqət üstündə kökləməyə çalışır və buna da böyük ölçüdə nail olur. Azərbaycan hərbi meydanlarda bir dəfə cəsarət nümunəsi göstərib və uğur qazanıb. Yəqin ki, bıçaq sümüyə dirənəndə Azərbaycan yenidən cəsarət nümunəsi göstərməyə məcbur olacaq. Əslində, elə bıçaq sümüyə dirənmək üzrədir”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}