“Gürcüstan Azərbaycanın mövqeyini nəzərə almalıdır” - Oqtay Əsədov

 

"Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması ilə bağlı Azərbaycanın mövqeyini nəzərə alacaq”.

Sozcu.info report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: "Azərbaycanın Gürcüstandsakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa bu abidənin ucadılması məsələsinə etirazlarını bildiriblər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}