Deputat Fazil Mustafa:"Banklardakı əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır"

Deputat Fazil Mustafa:"Banklardakı əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır"

 

"Əhalinin banklarda olan əmanətlərinin tam şəkildə sığortalanma müddətinin uzadılması əhalinin sıxıntıalrını azaldılması baxımından faydalı olaradı”.

Bunu Milli Məclsin deputatı Fazil Mustafa «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun müddətinin başa çatması ilə bağlı deyib.

Deputatın fikrincə, həmin müddətin uzadılması bankların fəaliyyətlərinin tənzimlənməsi baxımından da faydalı bir məsələdir. F.Mustafa vurğulayıb ki, hazırda bu müddətin başa çatmasına təqribən bir ay qaldığından bu məsələni açıq qalmış saymaq olar.

F.Mustafa bildirib ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra bağlanan banklarda qoyulan əmanətlərin ancaq bir hissəsinin sığortalanması əhalinin banklara etimadını azaltmışdı: "Düşünüərm ki, indiki halda əhalinin banklara qoyulmuş bütün əmanətlərinin tam sığortalanması müddətinin uzadılması işin xeyrinə olard. Ümid edək ki, nəticə etibarilə belə müddətin uzadılmasının şahidi ola biləcəyik”.

Xatırladaq ki, 2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manati dollar qarşısında iki dəfə dəyər itirdi. Ölkədə 10-dan çox bank bağlandı.Orada yalnız qorunan əmanətlər vətəndaşlara qaytarıldı.

2016-cı ilin martında isə əhalinin banklarda əmnaətlərinin tam çəkildə 3 il müddətinə sığortalanması haqda qanun qəbul edilib. Həmin qanun müddəti martım əvvəlində başa çatır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}