"Prezident Maduro dövlətin qanuni rəhbəridir" - Venesuelanın Azərbaycandakı səfiri

"Prezident Maduro dövlətin qanuni rəhbəridir" - Venesuelanın Azərbaycandakı səfiri

 

"Venesuela Prezidenti Nikolas Maduro xalq tərəfindən seçilib və dövlətin qanuni rəhbəridir”.

Sozcu.info xəbər verir ki, bunu report-a Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran ölkəsindəki vəziyyəti şərh edərkən deyib.

"Dövlətin suverenliyi xalqın əlindədir. ABŞ rəsmən Venesuelada dövlət çevrilişi etmək niyyətini açıqlayıb, onlar Venesuelada qeyri-qanuni rejim yaratmaq istəyirlər. Bu, beynəlxalq hüquq normalarına hörmətsizlikdir. ABŞ dünyanın sahibi deyil”, – deyə o bildirib.

Diplomat qeyd edib ki, Venesuela Konstitusiyası bütün dünya üçün nümunədir: "Orada Venesuelada prezident seçkilərinin nə vaxt və hansı qaydada keçirilməli olduğu (Venesuelada prezident 4 illik seçilir. Növbəti seçkilər 2023-cü ilə nəzərdə tutulub – red.) aydın yazılıb. Ölkədə qarşıdan gələn seçkilər Milli Assambleyaya deputatların seçimidir”.

O vurğulayıb ki, Venesuela müxalifətinin lideri Xuan Quaidonun referendum elan etmək səlahiyyətləri yoxdur: "O, xalqı və beynəlxalq ictimaiyyəti aldadaraq 30 gün ərzində növbədənkənar prezident seçkiləri keçirə biləcəyini açıqlayıb. Amma Konstitusiyamıza görə, Milli Assambleyanın sədri belə hüquqa malik deyil. Yalnız xalq referendum keçirilməsini tələb edə bilər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}