Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı
AÇIQLAMA
Prezidentdən Şuşa ilə bağlı
SƏRƏNCAM
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dolların məzənnəsi ilə bağlı VACİB XƏBƏR
Nizami rayonunun icra başçısı BU İŞÇİSİNDƏN XƏBƏRSİZDİR? -
İTTİHAM VAR...
Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU
Şahid məhkəmədə generalın üzünə bunları dedi –
143 milyonluq oğurluq işi
Zurabişvili Makrona müraciət edib -
prezidentlə müxalifət hakim partiyaya qarşı
Qardaşının əməliyyat kağızı ilə təqaüdə çıxdı...
ASTARA SAKİNİ POLİS ZABİTİ HAQDA ŞOK İDDİALAR İRƏLİ SÜRÜR / VİDEO
İcra başçısının müavininə ağır ittihamlar... -
BU NƏDİ BELƏ?!
"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." -
44 günlük savaşada sürücü olaraq xidmət göstərən şəxsdən rəsmi qurumlara MÜRACİƏT
Əvvəlki
Sonrakı
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
"Azəriqaz" İstehsalat Birliyi sədrinin vəzifəsindən azad olunduğu deyilir
7-03-2024, 19:39
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycanda qohum evliliyi qadağan edilə bilər? - “İrsi xəstəliklər sürətlə artır”
Qohum evliliklərinin tibbi baxımdan zərərli olması və irsi-genetik xəstəliklərin artmasına yol açması uzun müddətdir müzakirə olunur. Xüsusən Şərq ölkələrində bu hallar daha çoxdur. Bu baxımdan Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edən qanun layihəsi hazırlanması diqqət çəkir.
Belə ki, ölkənin Səhiyyə Nazirliyi Ailə Məcəlləsinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur. Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur. Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək. Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.
Bəs görəsən, bənzər qanun Azərbaycanda da qəbul edilə bilərmi?
Milli Məclisin deputatı Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir qanunun qəbul edilməsi arzuolunandır: "Azərbaycanda da bu məsələdə kifayət qədər cahillik elementləri var. Çox vaxt doğulan uşaqlarının irsi xəstəliklərə məruz qalmasının da səbəbi məhz qohum evlilikləri ilə bağlıdır. Bunu aradan qaldırmaq bir qədər çətinləşib. Ona görə də qanunla qadağan olunması daha doğru olardı. İnsanlar bunu şüurla etmirlərsə, qanunla qadağan etməkdən başqa yolu yoxdur. O baxımdan bu çox faydalı qanundur, mən də bunun tərəfdarıyam, hesab edirəm ki, burada qanunun müddəaları kifayət qədər ciddi şəkildə müəyyən olunmalıdır. Elə etmək lazımdır ki, yaxın qohumların, yəni qardaş və bacı uşaqlarının qanuni şəkildə nikaha girmək imkanları aradan qalxsın.
Buna görə də valideynlər çalışmalıdırlar ki, övladları seçim edərkən, ailə qurarkən qohum evlilikləri məsələsinə həssas yanaşsınlar. Burada qohumların kateqoriyası da dəqiq göstərilməlidir. Özbəkistan da bizim kimi bir qədər feodal təfəkkürünü qoruyan cəmiyyətdir. Çox güman ki, bu problemin qarşısını maarifçiliklə, mədəni çağırışlarla almağın mümkün olmadığını görüblər, nəticədə bu yola əl atıblar. Ümid edək ki, bizdə də belə bir qanun olar və bu yalınız ümumi işin faydasına ola bilər. Belə bir qanun müzakirəyə çıxarılarsa, mən də deputat kimi ona səs verərəm, hətta faydalarından da bəhs edərəm. Bizim kimi cəmiyyətlər üçün başqa formada qohum evliliklərini aradan qaldırmaq mümkün deyil. İnsanlar ən azından qanundan qorxaraq bu addımı atmaqdan çəkinə bilərlər”.
Tanınmış pediatr Vaqif Qarayev də qəzetimizə açıqlmasında vurğuladı ki, təbabət qohum evliliyini inkar edir: "Təkcə əmiqızı, əmioğlu yox, lap uzaq qohumların da evlənməsi arzuolunmazdır. Çünki xromosom kodunda eynilik var, indi olmasa da gələcək nəsillərdə dəyişiklik ehtimalı həddindən artıq çoxdur. Ona görə də, bizdə irsi genetik xəstəliklər çoxalıb. Bu problem təkcə bizdə deyil, yəhudilərin də müəyyən bir qolu var ki, onlarda da yaxın qohumla evlənirlər. Ancaq dünya miqyasında müsəlman arealında qohum evlilikləri daha çoxdur, ən çox isə ərəb ölkələrindədir. Azərbaycanın çox böyük bir kəndində beynəlxalq təşkilat qohum evliliklərinin monitorinqini aparıb, hesabatda ortaya çıxıb ki, əksəriyyəti qohumu ilə evlənib. Bizdə adətən bunu dinlə bağlayırlar ki, peyğəmbərimiz də qohumu ilə evlənib. Ancaq düzgün yanaşma deyil. Mən elə bir ailə tanıyıram ki, yaxın qan qohumu ilə evlənib, 4 uşağın 4-də də əqli və fiziki qüsur var. Soruşuram ki, bunların ikisi xəstə doğuldu, digərlərini niyə müayinələr aparmadan dünyaya gətirirsiniz? Cahillikdir və deyirlər ki, Allahın verdiyi paydır. Bu gün də bu yanaşma var. İstənilən xəstəliyin öhdəsindən gəlmək olar, ancaq irsi-genetik xəstəliklərə təbabət heç nə edə bilmir. Qohum evliliklərində irsi xəstəliklərin olması ehtimalı çoxdur, insanlar bunu anlamalıdırlar. Bəlkə də cahillik dövründə bunun izahı var idi. Ancaq maraqlıdır ki, indi təhsili olan insanlar da var ki, övladını yaxın qan qohumu ilə evləndirir”.
Pediatr qeyd etdi ki, məhz bu səbəbdən irsi-genetik xəstəliklər sürətlə artır, Azərbaycanda ən çox yayılan talassemiyadır: "Autizmin isə səbəbləri tam bəlli deyil, irsi-genetik faktorun da rolu var. Ancaq Avropada da autizm geniş yayılıb, hərçənd onlarda qohum evlilikləri yoxdur. Yeni doğulan uşaqlara 7 gün ərzində daban testləri olunmalıdır, orada 4 çox ağır xəstəliyin ilkin diaqnostikası aşkar olunur. Ana bətnində Daun xəstəliyinin diaqnostikası mümkündür, laborator analizlərlə, ultrasəs müayinəsi ilə təyin edirlər. Yaxın qohumların nikahından olan hamiləliklərində xromosom patologiyaları ola bilər, bəzi klinikalarda bunu təyin etmək mümkündür. Əqli və fiziki qüsur yaradan xromosomları müəyyən ütmək olur. Qohum evliliklərində genetik istiqamətdə müayinə çox vacibdir. Daun xəstəliyi hamiləliyin elə dövründə aşkarlanır ki, ana onda uşağı məhv etmək və ya dünyaya gətirməklə bağlı seçim qarşısında qalır. İndi bir humanist yanaşma var. Çünki Daunla doğulan uşaqlar arasında kifayət qədər intellektli olanlar da var. Ancaq valideynlər göz dağı görmək istəmirsə, yaxşı olar ki, qohum evliliklərindən uzaq olsunlar. Təbabət bunun qarşısında acizdir. Diaqnostikasında irəliləyişlər olsa da, müalicəsi ilə bağlı heç nə edə bilmirik. Talassemiya isə nikaha gedən şəxslərin qan analizi ilə müəyyən olunur. Əgər cütlükdə hər iki tərəf talassemiya daşıyıcıdırsa, artıq onların hər 4 övladından biri talassemiya xəstəsi ola bilər. Problem odur ki, bu mərhələdə artıq gənclər nikaha girir, toy ərəfəsindədir, bəzən nə çıxsa da, nikahdan imtina etmirlər. Bu xəstəliyin müalicəsi müəyyən qədər var, xəstəyə sümük iliyi köçürülür. Ancaq risk etməyin mənası yoxdur. Təbabət məsləhət görür ki, iki daşıyıcı evlənməsə yaxşıdır. Bundan başqa qohum evlilikləri ilə irsi karlıq və korluq, ürək xəstəlikləri ötürülə bilər. Epilepsiyada, ürək patologiyalarında da irsiyyətin çox böyük əhəmiyyəti var. Ona görə bir daha vurğulayıram ki, yaxın qohumla evlənmək düzgün deyil”.
"Əjdərbəy” məscidinin axundu Hacı İlham Rəsulov isə açıqlamasında bildirdi ki, İslam dini yaxın qan qohumları olan qardaş və bacı uşaqlarının evlənməsini qadağan etmir: "İslam birinci imamı olan Həzrəti Əli əmisioğlu Məhəmməd peyğəmbərin (ə. s.) qızı ilə evli idi. Yəni din köklü şəkildə bunu qadağan etmir. Lakin müasir tibb bunun zərərini müəyyən edibsə , o zaman din də buna yol verilməməsinin tərəfindədir. Yaxı olar ki, yad insanlar ailə qursunlar.”
Oxşar Xəbərlər
JURNALİSTLƏRİN FƏALİYYƏTİNİ TƏNZİMLƏYƏCƏK YENİ QANUN LAYİHƏSİ - TAM MƏTN
Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib
Övladlığa götürmə ilə bağlı qaydalar dəqiqləşdi - Milli Məclis qanunu təsdiqlədi
Hotellərdə cütlüklərdən nikah haqda şəhadətnamə tələb edilir
Xəbər lenti
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
Prezidentin köməkçisindən sülhməramlılarla bağlı
AÇIQLAMA
Nazirlikdən qan duruldan dərmanlarla bağlı
XƏBƏRDARLIQ
Prezidentdən Şuşa ilə bağlı
SƏRƏNCAM
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri:
Cinayət işi açıldı
Dolların məzənnəsi ilə bağlı VACİB XƏBƏR
Nizami rayonunun icra başçısı BU İŞÇİSİNDƏN XƏBƏRSİZDİR? -
İTTİHAM VAR...
Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR -
AÇIQLAMA
Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU
Şahid məhkəmədə generalın üzünə bunları dedi –
143 milyonluq oğurluq işi
Zurabişvili Makrona müraciət edib -
prezidentlə müxalifət hakim partiyaya qarşı
Qardaşının əməliyyat kağızı ilə təqaüdə çıxdı...
ASTARA SAKİNİ POLİS ZABİTİ HAQDA ŞOK İDDİALAR İRƏLİ SÜRÜR / VİDEO
İcra başçısının müavininə ağır ittihamlar... -
BU NƏDİ BELƏ?!
"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." -
44 günlük savaşada sürücü olaraq xidmət göstərən şəxsdən rəsmi qurumlara MÜRACİƏT
Yəhudi inəyi türk kələsi
-Xanəmir Telmanoğlu yazır
SON DƏQİQƏ:
Səfərbərlik Xidməti məlumat yaydı
Əfv sərəncamı kimlərə şamil olunacaq? -
VİDEO
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ -
Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
Keçmiş millət vəkili Hadı Rəcəbli VƏFAT ETDİ
“Mahal MTK” vətəndaşı DİDƏRGİN SALIB -
ÖZBAŞINALIQ!
Sabah Bakının 3 rayonunda qaz olmayacaq
Bu makiyaj vasitələri qocalmanı sürətləndirir -
Həkimdən ÇAĞIRIŞ
SON DƏQİQƏ!
Üç jurnalist polis idarəsinə çağırıldı
Azərbaycanın AŞPA-ya qayıtması ilə bağlı
SON DƏQİQƏ XƏBƏRİ
Gəncədə şagirdlər arasında dava -
Xəsarət alan var
İstanbulda DƏHŞƏTLİ ZƏLZƏLƏ olacaq:
"İnsanların qorunması mümkün deyil, yaxın vaxtlarda..."
Nəzir qutuları ilə bağlı müəmma:
Dini Komitə hələ də onlara nəzarət etmir
Tbilisidə parlament binasının qarşısında mitinq keçirilir
BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ -
"JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı
Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı:
QMİ-dən XƏBƏRDARLIQ
“Realmedia.az”ın baş redaktoru həbs edildi
Vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı VACİB XƏBƏR -
Rəşad Dağlı əfv olunur? –
Hüquqşünas ŞƏRTİ AÇIQLADI
Prezident bələdiyyələrlə bağlı qanunları TƏSDİQLƏDİ
"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı -
ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT
“Sədərək Yusif”in oğlu hakim qarşısında
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
Müharibə veteranlarına şad xəbər:
80 manat artırılır – Deputat
Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi insan, Zərifə xanım Əliyevanın anım günüdür
Akademik Zərifə Əziz qızı Əliyevanın 15 aprel anım günü
GÖZLƏRƏ NUR BƏXŞ EDƏN NURLU İNSAN
Polisə: “Yazma, bunu burax”, –
deyən şəxs başını bəlaya saldı
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?
Payızda istilik qiymətləri bahalaşacaq? -
Rəsmi açıqlama
Sabah bu ərazidə su KƏSİLƏCƏK
Bu tarixlərdə dərs OLMAYACAQ
Əkin sahələrində çürümə başladı:
Bu məhsulun qiyməti kəskin bahalaşacaq
Zabrat-1 qəsəbəsində zibillər niyə daşınmır? -
FOTO
Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı
PRİZMA
Yəhudi inəyi türk kələsi
-Xanəmir Telmanoğlu yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Nazirlikdən qan duruldan dərmanlarla bağlı
XƏBƏRDARLIQ
Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR -
AÇIQLAMA
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ -
Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
Bu makiyaj vasitələri qocalmanı sürətləndirir -
Həkimdən ÇAĞIRIŞ
Vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı VACİB XƏBƏR -
Müharibə veteranlarına şad xəbər:
80 manat artırılır – Deputat
{sape_links}{sape_article}