Problemli kreditləri olan vətəndaşlar SMS alacaq

 

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı işlərin icrası nəticəsində Prezident fərmanının əhatə dairəsinə düşən bütün vətəndaşlara SMS göndəriləcək.

Sozcu.info  xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasında fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı keçirilən portalın təqdimatı zamanı qurumun Hüquq təminat idarəsinin rəisi Tural Feyzullayev bildirib.

Onun sözlərinə görə, fəaliyyətdə olan bankların müştəriləri SMS-i həmin banklardan, ləğv prosesində olan bankların, eləcə də bank olmayan kredit təşkilatlarının müştəriləri isə SMS-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-dən alacaqlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}