Körpələr arasında nevroloji xəstəliklər günü-gündən artır - Baş pediatrdan HƏYƏCAN TƏBİLİ

Körpələr arasında nevroloji xəstəliklər günü-gündən artır - Baş pediatrdan HƏYƏCAN TƏBİLİ

 

Sağlam orqanizm hələ insan dünya gəlməmişdən öncə, ana bətnindən başlayır. Belə ki, uşağın hansısa xəstəliklə dünyaya gəlməsi sonradan müxtəlif problemlərə yol açır və hətta bəzi xəstəliklərin müalicəsi üçün uzun zaman tələb olunur. Uşaqlarda müşahidə olunan xəstəliklərin yaranma səbəbinin aşkarlanması ilə yanaşı, onun müalicəsi də mühüm əhəmiyyət kəsb edir. 

Son zamanlarda yeni doğulan uşaqlarda nevroloji xəstəliklər geniş hal alıb. 

Sozcu.info xəbər verir ki, baş pediatr Nəsib Quliyev modern.az-a açıqlamasında bildirib ki, uşağın bu xəstəliyi yaşamaması üçün ona düzgün qulluq lazımdır.
"Nevroloji xəstəliklərin yaranmasında bir sıra faktorlar var ki, onlar da uşaq doğulduqdan sonra qısa müddət ərzində aşkara çıxır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda bu xəstəliklər daha çox müşahidə olunur. Nevroloji xəstəliyin yaranmaması üçün ən yaxşı üsullardan biri uşaqların təbiət qoynunda vaxt keçirməsinə şərait yaratmaqdır. Təbii olan istənilən məfhum uşağa müsbət təsir edir”.
Pediatr Vaqif Qarayev isə bildirir ki, nevroz daha çox konfliktli ailələrdə rast gəlinir.
"Uşaq valideyndən psixoloji və ya emosional şiddət görürsə, bu mütləq şəkildə onun əsəb sistemində iz qoyur. Müəyyən yaşdan sonra bu psixoloji zədə uşağın davranışlarında özünü göstərir. Belə ki, uşaq ya çox aqressiv olur ya da özünə qapanıq olub kollektivlə ünsiyyətdə çətinlik çəkir. Hamiləlik dövründə qadın çox stress yaşayırsa bu heç şübhəsiz ki, dölün inkişafına təsir edir. Pediatrlar uşağın ana bətnində yarandığı andan etibarən hamiləliyin gedişatı haqqında məlumat toplayırlar. Nevroza səbəb bəzi hallarda ananın hamiləlik prosesində stress yaşaması, evdə ailə üzvləri ilə olan anlaşılmaz münasibətdir. Əgər uşağın mərkəzi sinir sistemində orqanik bir problem yoxdursa, yəni tibbi müdaxilə tələb edən bir səbəb mövcud deyilsə, o zaman problemin səbəbini uşağın ətraf mühitində axtarmaq lazımdır. Psixoloji, emosional təsir varsa, bunlar aradan qaldırılmalıdır”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}