Xətaidə BİABIRÇILIQ: sakinlər ağaclar kəsilməsin deyə növbə çəkir - FOTOLAR

Xətaidə BİABIRÇILIQ: sakinlər ağaclar kəsilməsin deyə növbə çəkir - FOTOLAR

 

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Xətai rayonunun Məhəməd Hadi küçəsində onlarla ağac bir gecədə məhv edilib.

 

M.Hadi küçəsindəki 93 və 99 saylı binaların sakinləri məhəllədən başqa ağaclar da gecəylə kəsilib məhv edilməsin deyə növbə çəkiblər.

 

Sosial şəbəkədə yayılan şəkillərdən görünür ki, sakinlər gecə vaxtı məhəlləyə çıxıb, ağaclara keçiş çəkirlər.

 

Qeyd edək ki, məhəllə sakinlərinin sözlərinə görə, küçədəki 130-a məhv edilib. Ağacların bəziləri sökülüb başqa yerə köçürülüb, bir çoxu isə elə gecəykən kəsilib məhv edilib. Bina sakinlərinin etirazından sonra ərazidə yenidən ağaclar əkilib. Gün ərzində həmin ağaclar sakinlər tərəfindən növbəylə qorunur.

 

Buna səbəb isə sakinlərə naməlum nömrədən gələn hədə zəngləri olub. Zəng edən şəxslər onları hədələyib. Sonra sakinlərin qoruduğu ərazidəki işıqlar söndürülüb. Bina sakinləri polisə muraciət ediblər. Hazırda polis ərazidədir./Bakupost.az /

 



 Share


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}