Azərbaycanda əmək pensiyaları və əməkhaqları artırılır -- bu əsasən kimlərə şamil olunur?

 


 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyə Naziri Sahil Babayev, Milli Məclisin üzvüləri son zamanlar Bakıda və regionlarda keçirilən bütün tədbirlərdə ölkə əhalisinin rifah halının yaxşılaşdırılması məqsədi ilə son 15 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, minimum əməkhaqlarında 6,5 dəfə, eləcə də əmək pensiyanda 11 dəfədən çox artımların olduğunu xüsusi vurğulayır. Bəli bu həqiqətdir. Bununla yanaşı elə son illər Milli Məclis tərəfindən qəbul olunan dövlət büdcələrininsocial yönümlü olur. Bundan başqa respublikada regionların social iqtisadi inkişafı diqqət mərkəzində olan əsas məsələlərdən biri olduğuna görə dövlət proqrammları qəbul olunur. Bu proqrammların həyata keçrilməsi isə regionların inkişafına böyük təkan verir.Ancaq indi gəlin əməkhaqlarında və əmək pensiyalarında baş verənartımların son beş ildə əsasən hansı koteqoriya insanlara daha çox şamil olunduğuna baxaq. Əgər 2013-cü ildə Respublikada minimum əmək haqqı 105 manat olmuşdusa indi bu 180 manat təşkil edir. 2013-cü ildə minimum əmək pensiyası ilk dəfə 100 manatı keçmişdisə bu gün bu 160 manatdır. Respublika iqtisadiyyatında çalışan insanların orta aylıq əmək haqlarına nəzər salsaq görərik ki, 2013-cü ildə bu rəqəm 420 manat olmuşdursa bu gün 577 manattəşkil edir. Göründüyü kimi bu artımlar ın miqdarı 60 -155 manat arasında dəyişir. Rəsmi statistik məlumatlara görə bu gün Azərbaycanla həmsərhəd olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə Russiya ilk sırada qərarlaşıb. Yəni Rusiyada orta aylıq əmək haqqı 695 dollara bərabərdi. Rusiyadan sonar ikinci sırada Türkiyə Respublikası qərarlaşıb. Bu ölkədə arta aylıq əmək haqqı 460 dollardı. Azərbaycan isə bu siyahıda sonuncu sırada yer alaraq bu göstərici 338 dollar olub. Digər qonşu ölkələrə gəldikdə isə orta aylıq əmək haqqı Gürcüstanda 410 dollara, İranda 400 dollara, Ermənistanda isə 368 dollara bərabərdi. İndi siə gəlin hər gün televiziya ekranlarında və Milli Məclisin iclaslarında respublikada pensiyaların və əmək haqlarının qat qat artımı barədə danışan dövlət məmurlarının və deputatların əmək haqqının artımına baxaq. 2013-cü iləd MilliMəclisin sədrinin əmək haqqı 1935 manat idisə bu gün onun əmək haqqı 2475 manat təşkil edir. Bundan başqabura əmək haqqının 25 faizi ezamiyyət və səfər xərclərini əlavə etsək Spikerin aylıq əmək haqqı 3712,5 manat təşkil edir. Eyni ilə də Spikerin müavinlərinin və komitə sədrilərin və onların müavinlərinin əmək haqları 1400-1800 manatdan 2785-3340 manata kimi qalxmışdır. Milli Məclisin sıravi deputatlarının isə son beş ildə əmək haqları 1250 manatdan 2598 manata kimi qalxmışdır. Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları da eynilə dəyişmişdir. Misal üçün 2013-cü ildə Baş nazir 1925 manat alırdısa bu gün onun əmək haqqı 2460 manat təşkil edir.Baş nazirin müavinlərinin əmək haqları da eyni ilə dəyişmişdir. Bundan başqa dövlət orqanlarında rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

A.Məmmədli,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}