Leş mafiyasına qarşı böyük əməliyyat həyata keçirilib

Leş mafiyasına qarşı böyük əməliyyat həyata keçirilib

 


 

"Yeni Sözçü” redaksiyasına daxil olan məlumata görə bir neçə gün öncə hüquq-mühafizə orqanları leş mafiyasına qarşı böyük əməliyyat həyata keçirib. Məlumatda deyilir ki, son illərdə ilk dəfə olaraq bu il qorxulu yolxucu xəstəliklərdən hesab olunan qarayara xəstəliyinə yoluxmaların artması hökuməti narahat edib. Məsələ ondan ibarətdir ki, qarayara xəstəliyi 2014-cü ildən bəri 10-a yaxın adamda aşkarlandığı halda yalnız bu il də 7 nəfərdə qeydə alınması haqqında rəsmi məlumat var. İlk dəfə olaraq bu il qarayara xəstəliyindən ölmə faktı qeydə alınıb. Təsdiqlənmiş məlumata görə, iyul ayının 25-də iki nəfər ağır vəziyyətdə Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib, dörd gün sonra isə onlardan biri - 60 yaşlı kişi ölüb.

Leş mafiyasına qarşı böyük əməliyyat həyata keçirilib

 

İkinci xəstənin sonrakı taleyi ilə bağlı rəsmi məlumat olmasa da, qeyri-rəsmi məlumata görə həmin şəxs də ölüb. Təsdiqlənməmiş məlumata görə, müfaviq beynəlxalq təşkilatlar qarayara xəstəliyinin baş qaldırmasını və artıq insan ölümlərinə səbəb olduğuna görə hökumətə təzyiqləri artıraraq hərəkətə keçməyə təşviq ediblər. Bundan sonra qarayara xəstəliyinin əsas yayılmasına əsas səbəblərdən ola biləcək leş mafiyasına qarşı əməliyyat qərarı verilib. Əməliyyatın Dövlət Təhlükəsizliyi Xidməti və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirildiyi haqqında dəqiq məlumat yoxdur. Ancaq hadisə ilə bağlı məlumatlı şəxslər əməliyyatın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirildiyini iddia edirlər. Bu iddiada yer alan digər məlumat isə ondan ibarətdir ki, ilk dəfə olaraq leş mafiyasının başında duran "leş Tofiq” ləqəbli şəxs də həbs olunub. Bundan başqa əməliyyat zamanı 40 tona yaxın istifadəyə yararsız və ya mənşəyi məlum olamayan ət aşkar olunduğu da iddia olunur. Məlumata görə, hazırda leş mafiyasının bağlantıları, o cümlədən yararsız və ya mənşəyi məlum olmayan ətlərin satıldığı istehsalat və iaşə obyektləri araşdırılır. Məlumatlı şəxs bildirir ki, leş mafiyası çöküzdürülsə bu əməliyyatı həyata keçirmiş güc strukturunun böyük uğuru hesab olunacaq. Çünki, leş mafiyasının çirkli biznesi ölüm və xəstəlik yayır. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

 

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}