“HAKİMİN MƏNƏ GÖNDƏRDİYİ TƏKLİFDƏN ŞOKA DÜŞDÜM…” – Prezidentə sensasiyalı müraciət

“HAKİMİN MƏNƏ GÖNDƏRDİYİ TƏKLİFDƏN ŞOKA DÜŞDÜM…”

 

"Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yarana, həm də cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar isə insanlarda dövlətə inamı artırır, eyni zamanda da, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür. Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır…”.

Bu fikirləri Prezident İlham Əliyev bir müddət əvvəl məhkəmələrdən cəmiyyətin gözləntiləri ilə bağlı çıxışında bəyan edib. Ancaq nə yazıq ki, məhkəmə hakimlərinin əksəriyyəti nə cəmiyyətin gözləntilərinə cavab verir, nə də Prezidentin tövsiyələrinə qulaq asır.

qafar

Elə Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvi Qafar Bədəlxan oglu İskəndərovun ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciət də bu acı Azərbaycan reallığından xəbər verir.

Bir nüsxəsini "AzPolitika.info”-ya təqdim etdiyi müraciəti Qafar İskəndərov belə başlayır: "Möhtərəm Prezident və Birinci vitse-prezident, Sizə bu muraciəti etməyimin əsas səbəbi Azərbaycan Respublikasının polis, prokurorluq orqanlarının və məhkəmə sisteminin düzgün işləməməsi, bunların, Sizin, Azərbaycan Respublikasının, bütövlükdə, millətin adına qara ləkələr gətirməsi ilə əlaqədardir…

Sonra özü haqda qısa məlumat verən Q.İskəndərov ölkə rəhbərliyinə müraciət etməsinin səbəblərini açıqlayır: "Qısa məlumat olaraq bildirmək istəyirəm ki, mən İskəndərəv Qafar Bədəlxan oğlu 8 dekabr 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində fəhlə ailəsində anadan olmuşam. Hal hazirda tibb elmləri üzrə fəlsəfə doktoruyam, müəyyən səbəblərdən işləmirəm.

Mən xaricdə işlədiyim müddətdə – 16 may 2019-cu il tarixdə "Regal” MTK adlı tikinti şirkəti tərəfindən mənim evim qanunsuz olaraq sökülmüş, talan edilmiş və yerlə bir edilmişdir.Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.

154367895413789687395c02abea6e654

Bu işlə əlaqədar polis, prokurorluq və məhkəmə orqanlarına tabeçilik və instansiya üzrə aşağıdan yuxarıya doğru müraciət etməyimə baxmayaraq, hec bir nəticə əldə edə bilməmişəm. Polis və prokurorluq orqanlarının mənə rəsmi verdiyi sənədlərdə evimin qanunsuz söküldüyü əks etdirilsə də, burada cinayət işinin olmadığı göstərilir. Məgər bir şəxsin evinin qanunsuz olaraq sökülməsi cinayət hadisəsi deyilmi? Bu, Azərbaycan Konstitusiyasının maddələrinin pozulması, tapdalanması deyilmi?

"Regal” MTK tikinti şirkəti Azərbaycan Respublikasının Konstitusiyasının maddələrini heçə sayacaq, qanunları pozacaq, buna hüquqi qiymət verməli olan Azərbaycan hüquq-mühafizə orqanları (polis, prokurorluq və məhkəmə sistemi) da onları qoruyacaqdır? Görünən budur ki, hüquq-mühafizə orqanları vətəndaşların hüquqlarını qorumaq əvəzinə, qanunsuzluq edənlərlə əlbir olur və öz maraqlarını güdürlər.

Cox təəssüflər olsun ki, artıq 3 il ərzində nə Azərbaycanın polis, prokurorluq və məhkəmə orqanlarında (Nəsimi Rayon Polis İdarəsində, Bakı Şəhər Baş Polis İdarəsində, Daxili İşlər Nazirliyində, Nəsimi Rayon Prokurorluğunda, Bakı Şəhər Prokurorluğunda, Baş Prokurorluqda, Nəsimi Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Ədliyyə Nazirliyində, Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanlarına nəzarət edən şöbəsində və Nəsimi Rayon İcra hakimiyyətində) bir şəxs tapılmadı ki, şirkətə onların cinayət törətdiklərini başa salsın və onlara vətəndaşla masa arxasına oturaraq işin həllinə nail olunması tövsiyəsini versin.

Möhtərəm Prezidentimizin bizlər üçün, Azərbaycan dövlətçiliyi naminə ATƏT-in həmsədrlərinin təşəbbüsü ilə Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatlarının prezidentlərinin, eləcədə, onların nümayəndələrinin təşəbbüsü və iştirakı ilə Ermənistanın rəhbər şəxsləri ilə danışıqlar masası arxasına oturması bizim üçün bir örnək olmalı deyilmi?”

3

Qafar İskəndərov daha sonra qeyd edir ki, hüquq-mühafizə orqanlarında şikayətini obyektiv araşdırmaq əvəzinə ona Avropa Məhkəməsinə müraciət etməyi məsləhət görüblər:"Möhtərəm Prezident! Hörmətli Birinci vitse-prezident! İşə baxan bütün hüquq-mühafizə orqanlarında mənə (polis, prokurorluq, məhkəmə) Avropa Məhkəməsinə müraciət etməyimi məsləhət görüblər. Mən belə başa düşürəm ki, bu orqanlarda çalışan bəzi şəxslər Sizə və dövlətçiliyimizə qarşı bu cür yanaşmaları ilə təxribat aparırlar. Hakimiyyətə qarşı vətəndaşların narazılığını yaratmaq, Avropa Məhkəməsində Sizə və dövlətimizə qarşı mənfi fikir formalaşdırmaq istəyindədirlər.

Şəxsimlə və əmlakımla bağlı bütün bu baş verənlərə və aidiyyəti orqanlar tərəfindən mənə, baş vermiş hadisəyə yanlış yanaşmaların (bilərəkdən, yaxud yanlış olaraq), biganəliklərin, laqeydliklərin, qərəzli münasibətin olmasına baxmayaraq, mətbuatla sayca ikinci olan bu müraciətimə cavab verəcəyinizdən, ən azından müvafiq tədbir görülməsi üçün səlahiyyət sahiblərinə göstəriş verəcəyinizdən ümidlərimi kəsməmişəm”.

Qafar İskəndərov müraciətində qanunsuzluğu müdafiə edən, "Regal” MTK tikinti şirkətinin onun evini dağıtmasına haqq qazandıran hakimlərin adlarını da çəkib:

"Möhtərəm Prezident!

rustemov-eli

Sizə, məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmədə islahatların aparılması ilə əlaqədar verdiyiniz fərmana görə təşəkkür edirəm. Lakin çox məyus oldum o zaman ki, Ali Məhkəmədə Sizin verdiyiniz fərmanı xatırlatsaq da, hakimlər Əli Rüstəmov, Əhməd Nurməmmədov, Mehbarə Məmmədovaya təsiri olmadı. İlan görən at yolundan cıxaraq qaçdığı kimi, hakimlər də öz yollarından çıxaraq Sizin fərmana zidd, ədalətsiz və gülünc bir qərara imza atdılar. Burada klassik televiziya səhnə epizodlarından birində Xalq artistimiz Arif Quliyevin imtahan səhnəsində sualı bilmədiyi üçün ətrafinda danışması səhnəsi yada düşür. İşə baxan hakimlərin çoxu bu vəziyyətdə olmuşdur. Hakimlərin işlə tanış olmamaları bir yana, sual və ifadələri, mimika və üz ifadələri, jestləri, sonda isə qərarları ilə cinayətkarların vəkili rolunda cıxış etmələri kimi bir eybəcərliyin də şahidi oldum Azərbaycan məhkəmələrində.

Çox təəssüflər olsun ki, işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Talışinski Fuad Səmsəddin oğlu, Əliyev Zaur Əli oğlu və Eyvazov Rəfael Əmir oğlu Sizə unvanladığım teleqramın surətini onlara verməyimə baxmayaraq, yalnız cinayətkarların vəkillərinin verdiyi sənədləri məhkəmə iclasının protokoluna saldılar. Eyni zamanda onların vəsatəti ilə məhkəməni təxirə salmışlar. Lakin işimlə əlaqədar xaricdə olduğum üçün məhkəmənin 15 gün təxirə salınması, iştirakımın təmin edilməsi ilə bağlı mənim vəkilimin verdiyi vəsatət rədd edilmişdi. Bu vəsatətlər qərəzli olaraq məhkəmə iclasının protokoluna salınmamış və işə mənim, eləcədə vəkilimin iştirakı olmadan baxılaraq, haqsız, ədalətsiz qərar cıxarılmışdır.

8

Hakim Fuad Talışinski iclasların birində mənə birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən çatmalı olan 251.000 manatlıq maddi zərərin necə bölünməsi barədə hakimə komək etməsi üçün cinayətkar MTK-nın vəkilindən xahiş etmişdir. Bu, iclasa sədrlik edən Fuad Talışinskinin savadsız olduğunu göstərmirmi? Bunu məhkəmə iclasının video-müşahidə qurğusunun yaddaşına baxmaqla görmək mümkündür.

Hakimin – Fuad Talışinskinin mənə vasitəçilərlə utanmadan, qorxmadan göndərdiyi təklifdən şoka duşdum. Lakin o bilmir ki, iddiaçi Qafar İskəndərov altı dil bilir, Azərbaycan Respublikasının qanunlarını ondan yaxşı bilən ali dərəcəli cərrahdır”.

Qafar İskəndərov müraciətində prokurorluğun da fəaliyyətindən narazılığını ifadə edir:"Sikayətim Nəsimi Rayon Prokurorluğunda da düzgün araşdırılmamışdır.Nəsimi payon prokuroru Salman Məmmədli "Regal” MTK–nı yaxşıca "tərlətmişdir”. Bu "tər damcılarından” proseslə əlaqəsi olan prokurorluğun digər işçilərinə catmadığı üçün adının çəkilməsini istəməyən şəxs bu məlumatı mənə vermişdir. Təsadüfən mən Nəsimi Rayon Polis idarəsində rəis müavini Oruc Əmiraslanovun qəbulunda olarkən, Nəsimi rayon prokuroru Salman Məmmədlinin zəng edərək bir televizor oğrusunun istintaqının tez bir zamanda yekunlaşdırılıb, prokurorluğa göndərilməsi haqda göstəriş verdiyinin şahidi oldum. Görünən odur ki, bir televizor oğrusundan heç kimə bir şey çatmadığı üçün rayon prokuroru bunu hesabat xətrinə etmişdir. Məsələ ilə birbaşa bağlı olmasa da, bu qeydim onların hansı təfəkkürlə işlədiklərinin izahı üçün idi”.

Qafar İskəndərovun yazdığına görə, "Regal” MTK-nın təsisçiləri etdikləri qanunsuzluğa bəraət qazandırmaq üçün ölkə rəhbərliyinin adından belə istifadə etməkdən çəkinməyiblər:

"Möhtərəm Prezident! Hörmətli Birinci vitse-prezident!

1

Bu şirkətin təsisçilərindən biri olan Valehadlı şəxs mənim evimin söküntüsü zamanı orada olmuş və bu sözləri demişdir: "Mənə möhtərəm Prezident göstəriş verib ki, get sök, mən də sökürəm!”

Sual olunur ki, bu Valeh kimdir? Onun arxasında duranlar kimlərdir? Mənə aydın olur ki, bu sirkəti Nəsimi rayon icra başçısı Asif Əsgərov, Nəsimi rayon prokuroru Salman Məmmədli və adları çəkilməyən digər prokurorluq, polis orqanlarının vəzifəli şəxsləri öz qanadları altına alaraq qoruyur və beləliklə də bu kimi qanunsuzluqlara şərik çıxmış olurlar.

Bu yüksək vəsifə sahibləri nə vətəndaşı, nə də dövləti düşünürlər.

Möhtərəm Prezident!

Aydındır ki, Sizin belə bir göstəriş verməyiniz mümkün deyildir! Onda sual olunur ki, bunlar hansı haqla Sizin adınızdan istifadə edirlər? Bunlara bu cəsarəti verən kimlərdir və nədir görəsən?

Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilov isə bir qədər də irəli gedərək, mənə aid olan mülkün, mirasın harasa bağışlanmasını məsləhət görməkdən belə çəkinməmişdir.

4

Bu hakim öz gözlərinə inanmır – məni diri ikən ölü kimi gorür. Belə bir hakimə nə cəmiyyətdə, nə də hakimlərin sırasında yer olmamalıdır. Lazım gələrsə, məhkəmə salonunda aparılan videoyazılışla müvafiq orqanlar İ.Xəlilovun mənə etdiyi qanunsuz təkliflərlə tanış ola bilərlər.

Bildirirəm ki, mən bu mülkü 58 illik təhsil və əməyim, zəhmətim hesabına əldə etmişəm. Bununla belə, əgər "Regal” MTK tərəfindən vurulan, lakin mənə ödənilməsi istənilməyən ziyan (Hal-hazırda 957.081 manat maddi ziyan + mənəvi), dövlət ehtiyacları üçün lazımdırsa, bunu əlaqədar orqanlara bağışlamağım mümkündür.

Lakin sual olunur ki, belə bir təklifi mənə məhkəmə nə üçün etsin? Məgər məhkəmə ədalət mühakiməsi orqanı deyildirmi? Qoy, bu təklifi mənə ədalət mühakiməsi orqanı deyil, əlaqədar təşkilatlar irəli sürsün! Məhkəmənin öz işini-gücünü buraxıb, xeyriyyə orqanına nümayəndəlik etməsi məhkəmə adına utanc deyilmidir?

4

Qafar İskəndərov müraciətinin sonunda ölkə başçısından və Birinci vitse-prezidentdən kömək istəyir:

"Möhtərəm Prezident! Hörmətli Birinci vitse-prezident!

Mən heç bir partiyanın üzvü deyiləm. Nə müxalifətdə, nə də iqtidarda olan biri də deyiləm. Lakin çalışdığım xarici dövlətlərdə başımı dik tutaraq layiqincə dövlətimizi təmsil etmişəm. Kimin nə ilə məşğul olmasıyla da işim yoxdur. Heç bir zaman kreslo tutmaq arzusunda olmamışam. Azərbaycanda çalışdığım müddətdə mənə tapşırılan işlərin öhdəsindən layiqincə gəlmişəm, haqsızlıqlara qarşı heç kimin qarşısında baş əyməmişəm. Hər kəs öz əməlinin girovudur. Lakin başıma gətirilən müsibətlərdə iqtidarda olub vətəndaşları talayan, öz varidatını bu yolla artıran nə qədər dövlət işçiləri gördüm. Əldə etdiklərinə görə Sizə minnətdar olmalı olduqları halda, narazılıqlarını açıq-aşkar söyləməkdən çəkinmirlər. Mən onların yerinə utandım. Məhz onlardır Sizin uğurlu siyasətinizə kölgə salan, ölkəmizin və dövlətimizin adını ləkələyənlər! Məhz onlardır mənim əmlakımın talanmasına, yox edilməsinə göz yumanlar! Məhz onlardır cinayətkar tikinti şirkətinə arxalıq, havadarlıq edənlər! "Regal” MTK-nın rəhbərliyi və onlara himayədarlıq edən məmurlar bilsin ki, mən bu iddiamdan əl çəkən deyiləm!

Son olaraq, xahişim budur ki, mənə qarşı yol verilmiş haqsızlıqların və qanunsuzluqların aradan qaldırılmasına göstəriş verəsiniz, konstitusion hüquqlarımın bərpasında və qorunmasında, əldən çıxmış əmlakımın dəyərinin, vurulmuş maddi və mənəvi zərərin tam olaraq ödənilməsində mənə öz köməkliyinizi göstərəsiniz”.

Müraciətdə səslənən ittihamlarla bağlı adları çəkilən bütün tərəflərin mövqeyini də işıqlandırmağa hazırıq./azpolitika.info/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}