Kirayə yolla mənzil almaq istəyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - Bu il...

Kirayə yolla mənzil almaq istəyənlərlə bağlı MÜHÜM AÇIQLAMA - Bu il...

 

"Kirayə evlərə müraciətin nə zaman başlanacağı CESD-ə ən çox ünvanlanan suallardandır. "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanın imzalanmasından keçən müddətdə nə işlər görülüb və hansı evlər kirayə olaraq təklif olunacaq?”.

Sozcu.infoxəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. O, bildirib ki, prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən heç bir rəsmi açıqlama yayılmadığından sadəcə monitorinqlər nəticəsində prosesi hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür.

Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yüksək olduğunu nəzərə aldıqda fondun "susqunluqunu” anlamaq çətindir. Halbuki fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuat ilə müntəzəm əməkdaşlıq etməlidir.

V. Bayramov deyir ki, indiyədək bu layihə çərçivəsində hansı işlərin görüldüyünə gəldikdə isə qeyd etmək lazımdır ki, artıq müraciət mexanimzi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var: "Belə ki, fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək.

Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir.

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin "ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar həmçinin "ASAN xidmət” mərkəzləri vasitəsilə ilədə kirayə evlərə müraciət edə biləcəklər.

Digər tərəfdən, kirayə evlər üçün əsas maliyyə bazası fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir. Fond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Qeydiyyata almadan qısa müddət sonra fond istiqrazların yerləşdirilməsi barədə elanlar yerləşdirməyə başlayıb. 22 İyul, 19 avqust, 13 sentyabr tarixində belə elanlar fond tərəfindən yayımlanıb. Sonuncu dəfə, sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, fond maliyyə cəlb edir. Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə aslaq fondun bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəltdiyini güman etmək olar.

Rəsmi açıqlamalar yayılmasa da bizdə olan məlumata görə, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir. Xüsusən də Xirdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun ki, tələbi müəyyən hissəsini qarşılaya bilsin. Bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}