Yarımmilyonluq dələduzluq olayında adı keçən polisə cəza verildi

Yarımmilyonluq dələduzluq olayında adı keçən polisə cəza verildi

 


Daxili İşlər naziri Vilayət Eyvazov Zamiq Əliyevi vəzifəsindən azad edib

Paytaxtın Nəsimi rayonu, 6-cı mikrorayonunda fiziki şəxs kimi Lombard fəaliyyəti ilə məşğul olan, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçən, VÖEN nömrəsi 1702363372 olan Şamilov Aqil İslam oğlu müdhiş dələduzluq yolu Ağcabədi rayon, Avşar kənd sakinləri Bulud İnqilab oğlu Quliyev, Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev, Elvin Telman oğlu Cəfərov və Bakı şəhər sakini Nailə Rasim qızı Xanməmmədovanın 550 min manatdan artıq pulunu mənimsədiyi haqqında məlumat vermişdik. Bu dələduzluq olayına adı qarışan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilərək, sərəncama götürülüb. Nazir Vilayət Eyvazov bu qərarı Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırmanın nəticəsinə görə verib. 
Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru  Mirqafar Seyidova öz minnətdarlığını bildirib.
Gündəmin əsas müzakirə mövzularından olan bu dələduzluq olayında adı keçən şəxslərdən biri də Vergilər Nazirliyinin əməkdaşı olduğu iddia edilən Mübariz Quliyev adlı şəxsdir. Bundan əvvəlki məlumatlarımızda bu şəxsin soyadı Kazımov kimi gedib. Ancaq zərərçəkənlərin verdiyi məlumata görə, Aqil Şamilovun qanunazidd əməllərini himayə edən bu şəxsin soyadı Quliyevdir, özü də Vergilər nazirliyində yüksək vəzifə tutur. Zərərçəkənlər vergilər naziri Mikayıl Cabbarova müraciət edərək Şamilov Aqil İslam oğlunun lombard fəaliyyəti zamanı yol verdiyi saxtakarlıqları,vergidən yayınma ehtimallarını və onun bu əməllərini himayə edən dayısı Mübariz Quliyevin fəaliyyətinin araşdırılmasını xahiş ediblər. Zərərçəkənlər daxili işlər naziri Vilayət Eyvazovun göstərdiyi prinsipiallığın vergilər naziri Mikayıl Cabbarovun da sərgiləyəcəyini gözləyirlər.
"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}