Pullar sel kimi axır,amma qaranlıq küçələr hələ də var-Sumqayıtda

Pullar sel kimi axır,amma qaranlıq küçələr hələ də var-Sumqayıtda

 

 

Sumqayıt şəhər sakinlərinin zaman-zaman gündəmə gətirdiyi problemlərdən biri də gecələri zülmətə qərq olan küçələrin  mövcud olmasıdır. Bu sahəyə cavabdeh olan Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi adlı qurumdur. Bu quruma rəhbərlik edən Əhməd Məmmədov, hətta Sumqayıt şəhərinin inkişafında xüsusi xidmətlərinə görə "Tərəqqi” medalı və "Əməkdar mühəndis” adı ilə təltif də olunub. Bu mükafatları nə dərəcədə haqq etməsini isə bir axşam Sumqayıt şəhərinin mərkəzdən uzaq küçələrini gəzmək yetərlidir. Belə vəziyyət həm də ciddi sual yaradır ki, bu sahəyə yönələn pullar hara xərclənir? Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin isə pulsuzluqdan şikayət etmək haqqı yoxdur. Çünki bu idarə mal-materialların alınması adı altında 260 min manatdan artıq pulu "İnterkabel” firması adlı şirkətin hesabına axıdıb. "İnterkabel” firmasının 260 min manatın müqabilində Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinə verəcək mal-materialları harada istehsal etdiyinə və yaxud haradan idxal etdiyinə aydınlıq gətirmək üçün Firmanın direktoru Yasin Molanovla əlaqə saxlamaq istəsək də heç bir əlaqə vasitəsi tapa bilmədik. Qeyd edək ki, "İnterkabel” firmasının hüquqi ünvanı Bakı şəhər, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5 A –da yerləşir. Cəmi 20 manat Nizamnamə kapitalına malik firmaya 260 min manatdan çox pulu etibar edən Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovun mövqeyini bilmək maraqlı olardı.

Azad Aydın



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}