AZƏRBAYCANDA ƏN BÖYÜK HOLDİNQLƏRƏ KİMLƏR RƏHBƏRLİK EDİR? - Adlar

 

Azərbaycanda çoxlu sayda holdinqlər olmağına baxmayaraq, heç də hamısı özü haqqında ətraflı məlumat açıqlamır. Bir sıra holdinqlərin isə rəsmi internet səhifələri də mövcud deyil. Amma nisbətən sivil qaydada çalışan və ən azı ümumi məlumatları açıqlayan biznes strukturları da var.

AzPolitika.info fed.az-a istinadən Azərbaycanda fəaliyyət göstərən böyük holdinqlərin rəhbərlərinin kimliyini və şirkətlər haqqında məlumatı təqdim edir.

"Gilan Holdinq”

 

 

1987-ci ildə yaradılıb. Holdinqin baş ofisi Bakıda yerləşir."Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar inşaat, turizm, logistika, və gündəlik tələbat mallarıdır. Şirkət həmçinin idman klublarının, stadionların və təsislərin qurulmasına sərmayə yatırıb. "Gilan Holdinq", eyni zamanda, beynəlxalq filiallar da təsis edib.

"Gilan Holdinq”in rəhbəri Taleh Heydərovdur.

"Cahan Holdinq”

 

 

1993-cü ildə yaradılıb. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən "Cahan Holdinq" avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

"Cahan Holdinq”in prezidenti Vüqar Abbasovdur.

"Paşa Holdinq”

 

 

2006-cı ilin noyabr ayında yaradılıb. Holdinq sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan şirkətdir. Holdinqin investisiya portfeli iki növ yatırımlar əsasında qurulub: Holdinq ona məxsus şirkətlərdə nəzarət iştirak payına və digər biznesdə minoritar səhmlər payına sahibdir.

"Paşa Holdinq”in direktoru Mir Camal Paşayevdir.

"Ata Holdinq”

 

 

2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupudur. Tərkibində 17 şirkət var.

CEO-su Rəşad Rəsulludur.

"İSR Holdinq”

 

 

İSR şirkətlər qrupu öz tarixinə 1995-ci ildən başlayıb. Şirkətin Türkiyə, Rusiya, İsveçrədə ofisləri var. Holdinqə 8 şirkət daxildir. Bunlar Azər Yod, Bakı Əyləncə Mərkəzi, Hilton Hotel, ISR Plaza, ISR Hotels, McDonald's Azərbaycan, Galareya Nərgiz, Toyota Azərbayacan şirkətləridir. 

Qrupun təsisçisi və prezidenti məşhur Azərbaycanlı iş adamı İsgəndər Xəlilovdur.

"Synergy Group"

 

 

"Synergy Group" ASC 2010-cu ildə təsis edilib. Qrup 22 müxtəlif şirkətdən ibarətdir. Qrupda ümumilikdə 900-dən çox müxtəlif profilli mütəxəssis çalışır.

"Synergy Group"-un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşir.

"Synergy Group"un icraçı direktoru Rauf Axundovdur.

"Azərsun Holdinq”

 

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. 

 

16 böyük şirkətin daxil olduğu Holdinqin rəhbəri Abdolbari Gözəldir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}