Xətai rayonu, Naximov küçəsində vətəndaşlar yol və kanalizasiya problemindən əziyyət çəkir - FOTOLAR, VİDEO

 

Xətai rayonu, Naximov küçəsi, II döngə ərazisində yaşayan sakinlər yol və kanalizasiya problemindən əziyyət çəkirlər.

İllərlə dövlət qurumlarına müraciətləri nəticəsiz qalan vətəndaşlar, "Yeni Müsavat”a üz tutublar. Sakinlərin şikayəti əsasında reportyor qrupumuz adı çəkilən əraziyə baş çəkib, problemləri yerində araşdırıb.

Qeyd edək ki, Naximov küçəsi , II döngənin sakinləri illərdir asfalt üzünə həsrətdirlər, torpaq yol maşınların hərəkəti nəticəsində nahamar vəziyyətə gəlib. Yaranan çuxurlar, yağış-qar yağarkən gölməçəyə dönür.

Ərazidə kanalizasiya sistemi bərbad vəziyyətdə olduğundan yağış suları yola yığılır, bəzən yolda suyun səviyyəsi dizə qalxır, həyətlərə, evlərin zirzəmilərinə dolur. Sakinlərin yeganə istəyi ərazidə kanalizasiya probleminin həlli və yola asfalt örtüyünün çəkilməsidir.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Elçin ƏKBƏROV



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}