“Oskar” mükafatı alan filmlər və mahnılar məlum oldu

“Oskar” mükafatı alan filmlər və mahnılar məlum oldu

 

Britaniya müğənnisi və bəstəkarı Elton Con ən yaxşı mahnı nominasiyası üzrə "Oskar” mükafatı alıb. 

Sozcu.info  xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının 92-ci mükafatlarının təqdimatı mərasimində elan edilib.

Elton Con mükafata "I’m Gonna Love Me Again” mahnısına görə layiq görülüb. Mahnı "Roketmen” filmində səsləndirilib. Nominasiyaya həmçinin cizgi filmlərindən "Oyuncaq tarixi 4” (Toy Story 4) və "Soyuq ürək 2” (Frozen II), həmçinin "Sıçrayış” və "Qarriet” ("Harriet”) filmlərindən mahnılar təqdim edilib.

"Joker” filminin mahnısı "Oskar” da mükafat alıb. Mükafat İslandiyadan olan bəstəkar Xildqur Qudnadouttirə təqdim edilib. Bununla yanaşı, "1917”, "Kiçik qadınlar” (Little Women), "Ulduz müharibələri” (Star Wars: Episode IX – The Rise of Skywalker) və "Nikah tarixi” (Marriage Story) filmləri yüksək mükafata layiq görülüb.

Cənubi Koreyadan olan rejissor Pon Çjun Xonun "Parazitlər” filmi də ən yaxşı ekran əsəri hesab edilərək "Oskar-2020” mükafatı alıb. /report/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}