Deputat iş yerlərinin bağlanmasına etiraz etdi — Bu insanlar necə dolanacaqlar?!

Deputat iş yerlərinin bağlanmasına etiraz etdi

 

"Koronavirus dünya üçün böyük bir bəla olduğundan Azərbaycan bundan kənarda qalmayıb. Ancaq mən dövləti qapatmağın, ölü dövlətə çevirməyin tərəfdarı deyiləm. İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz”

Sozcu.info  xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, elə insanlar var ki, bir gün işləməsə, sabaha çörək alıb evinə gətirə bilməyəcək:

Deputat eyni zamanda  2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və "Təhsil Kreditləri haqqında” qanunu da daxil edilməsini təklif edib: "Azərbaycanda hansısa məmurlar illərdir bu Məcəllənin qəbuluna mane olur. Bundan əlavə, "Təhsil kreditləri haqqında” qanunun qəbuluna ciddi ehtiyac var”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}