BƏZİ MARKETLƏR UNUN QİYMƏTİNİ BAHALAŞDIRIB... – Prezidentin sərt mesajından sonra vəziyyət dəyişəcəkmi? + RƏYLƏR

 

Azərbaycan paytaxtı Bakının bəzi marketlərində 50 kiloqramlıq əla növ unun bahalaşdığı bildirilir. Bu məsələ ilə bağlı deyilənləri dəqiqləşdirmək məqsədilə Bakıdakı bəzi marketlər ilə əlaqə saxladıq. Onlardan biri əla növ unun 50 kiloqramlıq kisəsinin 27, başqa biri isə 28 manata satıldığını açıqladı. Halbuki, təqribən 1 həftə öncə Bakıdakı marketlərdən həmin çəkidə əla növ unu 25 manat 20 qəpiyə almaq mümkün idi.

Amma un istehsalı ilə məşğul olan şirkətlər «Turan» agentliyinə bu məhsulun bahalaşması ilə bağlı deyilənləri təkzib ediblər.

Adlarının çəkilməsini istəməyən bir şirkətin təmsilçisinin dediyinə görə, 50 kiloqramlıq əla növ unun bir kisəsini 24 manat 15 qəpiyə satırlar və bu qiymət artıq 6 aydan çoxdur dəyişməz qalır.

"AzPolitika.info” xatrıladır ki, Prezident İlham Əliyev bu gün əhaliyə müraciətində süni qiymət artımı ilə bağlı hallara kəskin reaksiya veriləcəyini bildirib.

 

"İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdəəli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək", - dövlət başçısı əlavə edib.

 

 

Deputat Fazil Mustafa unun satışında qiymət artımını süni bahalaşma hesab etmir:"Ölkə çörək bişirməüçün məhsulu kənardan alır, çünki bizdə istehsal edilən taxılıçox az hissəsi çörək bişirməüçün yararlıdır. Ona görə də, xaricdən daha çox alırıq. İndiki vəziyyətdə yollar bağlıdır, bu hal, istər-istəməz, qiymətə tədricən təsirini göstərir. Ona görə də, bunu qiymətin süni qaldırılması saymıram və buna ehtiyac da yoxdur. Hamı anlayır ki, indiki vəziyyətdə bunu etmək olmaz. Amma sahibkar da ziyanına işləyəcəksə, un gətirmək nəyinə lazım? Ona görə bu məsələyə cəmiyyətin də anlayışlı yanaşması lazımdır".

F. Mustafaya görə, indiki halda sahibkarla diktə ilə danışmaq düzgün olmazdı:"Məsələni sahibkara "filan qiymətə sat" kimi diktə ilə həll etmək mümkün deyil. Un bahalaşdığıüçün çörək də bahalaşa bilər. Sahibkara da unu baha satmasına imkan vermədikdə, ölkəyə un gətirilməsi sual altına düşür, bu da problemdir. Ona görə də, bu məsələyə hamı anlayışla yanaşmalıdır. Yəni, sahibkarın da düşdüyü vəziyyəti başa düşmək lazımdır. Bu problemləri birlikdə anlayışla aşmalıyıq".

İqtisadçı Natiq Cəfərli isə "Azadlıq” radiosuna deyib ki, qiymət artımını müəyyən etmək üçün mağazalarda monitorinqlər aparılmalıdır.

 

 

N. Cəfərlinin sözlərinə görə, son bir həftədə Rusiya və Qazaxıstan buğdanın ixracını xeyli sərtləşdirib, yalnız dövlət icazəsinə bağlayıb. İqtisadçı vurğulayıb ki, bu, dünya bazarında qiymətin bahalaşmasına səbəb olub: "Dünya bazarlarında son bir ayda taxılın bir tonunun topdansatış qiyməti 10-15 dollar bahalaşıb. Bu informasiyalarıözü də həm psixoloji, həm də iqtisadi baxımdan bazarda qiymət artımıüçün bir təkan rolu oynaya bilər".

N. Cəfərli başqa məhsullarla da bağlı qiymət artımını istisna etmir. Onun sözlərinə görə, yerli məhsullar ən yaxşı halda daxili bazarın 50-55 faizini təşkil edir:"Yerdə qalan hissə isə idxaldan asılıdır. Azərbaycanda qiymətlərin vəziyyəti, əsasən, qonşu ölkələrin hansı addımları atmasından asılıdır. Çünki bir çox ölkələr, Rusiya və Qazaxıstan kimi, məhdudlaşdırıcı addımlar atmağı düşünürlər. Bu hal uzun müddət davam edərsə, bir çox istiqamətlər üzrə məhsulların bahalaşmasına səbəb ola bilər".

Amma iqtisadçı hesab edir ki, ciddi narahatlığa əsas yoxdur. O, ölkənin ən az 3 aylıq ehtiyat taxıla malik olduğunu düşünür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}