Bakı-Sumqayıt yoluna bir həftə əvvəl qoyulan betonlar niyə götürülür? – RƏSMİ AÇIQLAMA + VİDEO

Bakı-Sumqayıt yoluna bir həftə əvvəl qoyulan betonlar niyə götürülür?

 

Bakı-Sumqayıt yolunda yenidənqurma işləri çərçivəsində bir neçə gün öncə qoyulan beton arakəsmələr sökülür. 
Həmin istiqamətdə hərəkət edən sürücülər Yeniavaz.com-a bildirirlər ki, beton arakəsmələr xeyli sayda qəzaya səbəb olub.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, aidiyyəti qurumlar məsələyə qeyri-peşəkar yanaşıblar.
O qeyd edib ki, tıxacın qarşısını almaq üçün qoyulan beton arakəsmələr əksinə daha çox tıxaca səbəb olurdu.
Beton arakəsmələrin götürülməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Yeniavaz.com-a bildirib ki, beton arakəsmələr qəzalara səbəb olduğuna görə ərazidən götürülməsinə qərar verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}