İcra başçıları necə milyonçu oldular – SƏBƏBLƏR

İcra başçıları necə milyonçu oldular – SƏBƏBLƏR

 

Xəstəlik yalnız diaqnostika doğru olduqda müalicə ilə sağalır

 

İcra başçılarının evindən çıxan hər cinsdən olan paraların millətə göz dağı olan həcmini canlı-canlı seyr etdirməsələr belə, cəmiyyətə aşağı-yuxarı hər şey bəllidir. Noolsun ki, bizim rəsmi statisitka ən yoxsul 10% əhali və ən zəngin 10% insanların gəlirləri arasında maksimum fərqin 3 dəfə olduğunu göstərir. Əsas odur ki, real həyatda, sərvətlərin ölçüsü baxımından bu fərq 1-in 1000-ə nisbətindədir.

 

Aylıq rəsmi maaşı hətta icra başçılarının, nazirlərin rəsmi maaşlarından xeyli yüksək olan peşəkar mütəxəssislər, 20-25 il çalışmaqla bu qədər uzun müddət ərzində ən yaxşı halda özlərinə 50-60 min manatlıq bir mənzil, 15-20 min manatlıq da bir avtomobil ala bilir. Bir az da o tərəfə getsə, yastığın altında dar gün üçün 5-10 min dollar da ehtiyatı olur.

 

Amma bunların təkcə övladlarının mindiyi maşının, taxdığı saatın qiyməti bir neçə yüz min və ya milyon dollarla ölçülür. Bu yaranmış durumun bir neçə fundamental səbəbi var:

 

1.Ölkədə alternativ, hökumətə nəzarət edəcək siyasi institutlar sıradan çıxarıldı, cəmiyyətin aktiv həyatından tamamən qovuldular. Xüsusilə də rənagərəng siyasi qüvvələrin parlament təmsilçiliyi olmadı, Parlament özü isə icra hakimiyyətini tam kontrolda saxlayan müstəqil hakimiyyət gücünü tamamən itirdi, özü nəzarət olunan hakimiyyət qoluna çevrildi.

 

2. Hakmiyyət üzərində ictimai nəzarəti təmin etməli olan azad media və vətəndaş cəmiyyəti əzildi.

 

3. Yerli idarəetmə vətəndaşın səsindən və nəzarətindən asılı olmayan təyinatlı sistemə həvalə edildi, inzibati və maliyyə əksmərkəzləşməsi baş vermədi.

 

4. Ölkədə özü, öz ayaqları üzərində dayanan, inhisarçı qrupların əzici hökmranlığından azad özəl biznes yaranmadı.

 

5. Nəticə və proqram əsaslı büdcə islahatları həyata keçirilmədi, dövlət satınalmalarında minimum şəffaflıq belə təmin edilmədi.

 

Xəstəlik yalnız diaqnostika doğru olduqda müalicə ilə sağalır. Göstərdiyim səbəblər tam real diaqnostikanın nəticəsidir. Sağalmaq istəyiriksə, bu səbəblərin arxasında dayandığı problemlərin həllindən başlamaq lazımdır. Ziyanın harasından dönsən, fayda var… \\Ayna.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}