Torontoda 9 metr hündürlükdən yıxılıb şikəst qalan Natəvanın dramı

 

Kanadaya mühacirət edən və restoran biznesində özünə təzəcə karyera qurmağa başlayan 23 yaşlı azərbaycanlı qız Natəvan Xasiyeva 9 metr hündürlükdən yıxılaraq şikəst qalıb. Onun müalicəsi və reabilitasiyası üçün kanadalılar xüsusi fond yaradıb. Hazırda qız əlil arabasında özünün zərgərlik məmulatlarını hazırlayıb internetdə satır və psixologiya üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır.

Virtualaz.org Kanadanın CBS News telekanalının saytına istinadən xəbər verir ki, Natəvan Xasiyeva 2017-ci il mayın 29-da bir neçə yaxın dostu ilə birlikdə Torontodakı binalardan birinin çardağındakı restoranda olarkən yıxılıb. Xasıyeva ehtiyatsızlıq edərək binanın damı ilə qonşu barın divarı arasındakı 15 santimetrlik boşluğu örtən şüşə-plastik materialın üstünə çıxıb. Bu zaman material onun ağırlığına tab gətirməyib və sınıb. Azərbaycanlı qız 9 metr hündürlükdən iki binanın arasındakı boşluğa düşüb. Nəticədə onurğası iki yerdən sınıb.

"O, orada dayanmışdı, birdən yoxa çıxdı”-Natəvanın dostlarından Glen Sarcent danışıb.

"Mən bir saniyəlik ona baxdım və birdən yüksək çatıltı səsini və nəyinsə aşağı düşdüyünü eşitdim, boşluq onu artıq udmuşdu...”-Sarcent xatırlayır.

Xasıyeva necə xilas olunduğunu xatırlayır, amma deyir ki, həmin vaxt danışa bilmirdi və bütün gücü ilə nəfəs almağa çalışırdı. "Mən həmin vaxt ağrı hiss etmədim, görünür adrenalinin təsirindən idi”-qız deyir.

"Bir anlıq araya sükut çökdü, sonra qışqırıqlar başladı, ora-bura qaçmağa başladıq. Bu, tam terror idi”-Sarcent deyir.

 Natəvanın düşdüyü boşluq küçədən hər iki tərəfdən divarla bağlı olduğundan dostları ona ancaq ikinci mərtəbədən pəncərədən keçməklə əl uzada bilib. Dostlardan biri, 24 yaşlı Peris Kapernonis arıq olduğundan pəncərədən Natəvanın düşdüyü boşluğa keçə bilib və xilasedicilər gələnə qədər onun yanında qalıb.

"Bu, çox dəhşətli idi, mən ona toxunmaq istəmədim, həkimlərin gəlişini gözlədim”-o xatırlayır.

Toronto polisi və xilasedicilər beş dəqiqə sonra hadisə yerinə gediblər. Kapersonisin köməyi ilə onlar Natəvanı dama qaldıra biliblər və xəstəxanaya aparıblar. Həkimlər ilkin müayinədən sonra qızın daha yeriyə bilməyəcəyini deyiblər.

Natəvanın dayısı Teymur Əsədov xatırlayır ki, ona polisdən zəng vurub qohumunun ciddi qəza keçirdiyini deyiblər. "Mən xəstəxanaya gəlndə dostları yanında idi, dedilər ayaqlarını tərpədə bilmir...Həkimlərlə danışdım və onlar dərhal təsdiq etdilər ki, Natəvan daha yeriyə bilməyəcək”-Əsədov xatırlayır.

Xasıyeva bir gün sonra əməliyyat olunur, onun onurğasına iki metal mil bərkidilir. Həkimlər deyirlər ki, qız möcüzə nəticəsində sağ qalıb, çünki bu hündürlükdən yıxılaraq beyin zədələnməsi almamaq şansı bir faizdir.

"Narahat olma, dayı, mən güclüyəm, dözərəm”-Natəvan əməliyyatdan qabaq dayısını sakitləşdirməyə çalışıb.

Əsədov acı xəbəri Natəvanın Azərbaycanda yaşayan valideyinlərinə və bacısına çatdırır. "Hamı ağlamağa başladı. Anası qışqırırdı, atası tam başını itirmişdi bilmirdi nə etsin”-Teymur Əsədov deyir.

Natəvanın valideyinləri dərhal Torontoya yola düşürlər.

"O, qorxmurdu...Yadımdadır, mən necə ağlayırdım, o isə deyirdi ki, qorxma, hər şey qaydasında olacaq”-Natəvanla birlikdə həmin yığıncaqda olan rəfiqəsi Natali Tran deyir.

 Əməliyyatdan sonra Xasıyeva ay yarım Torontodakı reabilitasiya mərkəzində qalır, orada ona xüsusi reabilitasiya kursu keçilir, o cümlədən psixoloji yardım edilir. Yıxılana qədər işlədiyi restorandakı işini buraxmağa məcbur olan Natəvan dayısının Torontadakı mənzilinə köçür. Anası da o vaxtdan bəri müvəqqəti viza ilə qızının yanında yaşayır.

Natəvanın müalicə xərclərinə kömək etmək üçün Kapernonis və Sarcent xüsusi yardım kampaniyası başladırlar, "Natəvana yardım fondu” yaradırlar və bu fonda 60 min dollardan çox pul toplaya bilir. Bu, ötən il Torontoda ən çox pul toplayan "GoFundMe” kampaniyası olur.

yəsi, hamam otağının xüsusi avadanlıqlarla təchiz olunması və digər ehtiyaclara xərclənir.


Toplanan vəsaitin bir hissəsi Natəvanın xəstəxana xərclərinə sərf olunur, qalanı isə mənzil kiraNatəvan restoran biznesində karyerasının bitdiyini dərk edərək evdə anası ilə birlikdə xüsusi bəzək studiyası açır. O, özü hazırladığı 100-dən çox bəzək əşyasını internet üzərindən sata bilib. Bu yaxınlarda isə "Made You Look” və "Queen Street West” yuvelir mağazalarında öz xətini açıb.

"Baş verənləri xatırlayanda pis oluram, amma indiki vəziyyətimə də şükür edirəm”-azərbaycanlı qız deyir.

Xasıyeva mikrobiologiya və psixologiya sahəsində bakalavr dərəcəsinə malikdir, indi o, psixologiya üzrə magistr dərəcəsi almaq üçün hazırlaşır. Mövzusu isə əlillik və psixoloji terapiyadır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}