Rafael Mehrəliyev niyə cinayət məsuliyyətinə cəlb edilmir?

 

Rafael Mehrəliyev niyə cinayət məsuliyyətinə cəlb edilmir?

 


 

Bakıda küçə süpürgəçisi öldürülür, ancaq bu heç kimi narahat etmir

 

Ötən həftənin ətürpədici hadisələrindən  biri də Bakı küçələrinin birində süpürgəçi qadını avtomobillə vurulub öldürməsi oldu. Bu, artıq yeddinci yaşlı süpürgəçi qadındır ki, səhər tezdən  evindən çıxıb Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə-iş yerinə gəlir. Belə çıxır ki,paytaxtın kommunal xidmətçi isə səhər tezdən şəhərin küçələrini təmizləməyə yox, ölməyə gəlirlər.

 Azərbaycan rəsmiləri əldə edilən iqtisadi uğurlardan danışmağı çox sevirlər. Hətta Azərbaycan regionun lideri olduğunu da deyənlər çoxdur.  Ancaq Gürcüstanın  və Ermənistanın paytaxtlarında küçələrdə süpürgəçi qadınların ölüm statistikasının Bakının  statistikasından yaxın olmadığı  da məlumdur. Gürcüstanda  apardığımız monitorinq zamanı öyrəndik ki,ümumiyyətlə Tbilisidə  il ərzində  süpürgəçilərinin təsadüfi ölümü haqqında heç bir məlumat yoxdur. Qəza istənilən ölkədə ola bilər. Ancaq qəza təkrar olursa, bu artıq təsadüfi  deyil, xroniki problem kimi qeyd  edilir. Bu gün dünyanın bütün inkişaf etmiş ölkələrində küçələri təmizləmək üçün xüsusi maşınlardan, texnikalardan istifadə olunur.  Bizdə də sovet dönəmində bu sayaq   texnika var idi. Ancaq indi regionun lider dövləti olmaqla qürurlanan Azərbaycan Respublikasının baş şəhərinin küçələrin böyük əksəriyyəti yaşlı qadınlar olmaqla  Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin işçiləri təmizləyirlər. Bu ilin ilin səkkiz  ayında  artıq Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin həmin yaşlı qadınların artıq yeddisi harın sürücülərin avtomobillərinin təkərləri altında həyatlarını itiriblər.

Bu proseslərdə ən maraqlı məsələ yeddi insanın ölümünə bais olan  bir vəzifəli şəxs məsuliyyətə cəlb edilməmişdir. Halbuki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentində həmin xadimələrin əməyinin təhlükəsizliyinə cavabdeh şəxslər çoxdur.

İkincisi, əgər süpürgəçilərin ölümü bizdə ilk hadisə olsaydı, buna görə, hansısa fikir və dəlillərlə bəraət qazandırmaq olardı. Ancaq söhbət yeddi süpürgəçinin ölümündən gedirsə, burada Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəhbərliyinin vəzifə məsuliyyəti daşıyır. Çünki hər bir rəhbər şəxs ilk növbədə işçilərin iş yerində təhlükəsizliyini qorumalıdır. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev bunu bilməlidir. Departamentin digər vəzifəli şəxslərdə bundan xəbərsizdi.

 Paytaxtın  küçələrini müasir texniki vasitələrə deyil,  yaşlı süpürgəçilər vasitəsilə təmizlənməsi heç şübhəsiz, həm də Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentində mövcud olan korrupsiyanın nəticəsidir. Halbuki,  hər il dövlət Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə büdcəsindən milyonlarla manat maşın və texnikanın alınmasına pul ayrılır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti ilə "İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ümuni həcmi 12 339 900 manat olan dörd maliyyə əməliyyatı aparılıb. Belə ki, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işləri adı altında aparılan maliyyə əməliyyatları dövlət büdcəsinə 2 889 993.30 manata,       2018-05-01”inşaat və kommunal təyinatlı mal-materiallar və məmulatlar” adı altındakı maliyyə əməliyyatına 1 999 8990.40        manat, "məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri işləri” adı altındakı maliyyə əməliyyatı 2 599 999.91 manat, "Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların əsaslı təmiri işləri” adı altındakı maliyyə əməliyatlarına 4 850 000 aparılıb. Bu vəsaitlərin necə xərcləndiyin nəticəsi isə heç kəsi maraqlandırmır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentində korrupsiyanın mövcud olması 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Rasim Kazımovun fikirləri də təsdiq edir. Onun rəhbərlik etdiyi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Badamdar qəsəbəsindəki binaların təmiri ilə bağlı gördüyü işlərini hansı şirkət tərəfindən aparıldığı və bu işlərə nə qədər vəsait xəricləndiyi barədə sualımıza cavabında rəis bildirdi ki, bu təmir işlərinə dövlətdən bir qəpik də olsun pul ayrılmayıb. Bütün işləri birliyin və ərazidə yerləşən MİS-lərin şəxsi vəsaiti hesabına görülüb. Görünür, Rasim Kazımov rəhbərlik etdiyi  3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adından "Mənzil Fondunun əsaslı təmiri” adı altında açıq tender elan edildiyindən xəbərsizdir. Bütün bunlar isə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentində güclü korrupsiya halların olmasından xəbər verir. Mövzu ilə bağlı adı çəkilən şəxslərin mövqelərini də dinləməyə hazırıq. Əlbətdə, onların deyiləcək sözü varsa...

Bakıda isə süpürgəci qətliamı davam edir və bu məsələ Azərbaycanı bütün dünyada nüfuzdan salır.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti