Bakıdan Kislovodsk və Yessentukiyə avtobus reysi açılır

Bakıdan Kislovodsk və Yessentukiyə avtobus reysi açılır

 

Sentyabrın 13-də etibarən hər həftənin 4-ci günü Bakı vaxtı ilə saat 17:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Yessentuki-Kislovodsk avtobus reysi həyata keçiriləcək.

BBAK-dən Sozcu.info-ya verilən məlumata görə, avtobusun Kislovodsk şəhərinə çatma vaxtı növbəti gün saat 9:00-dır. Avtobusun Kislovodskdan geriyə yola düşmə vaxtı bazar günü saat 12:00, Yessentukidən yola düşmə vaxtı isə 13:00-dır.

Biletin bir istiqamətə qiyməti 70.00 AZN təşkil edir.

 

Bakı-Yessentuki – Kislovodsk reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir. Sərnişinlərdən xahiş olunur biletləri mütləq şəkildə onlayn qaydada və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) kassalarından əldə etsinlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58, (012) 406 01 59 telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}