Suyun qiyməti ilə bağlı “Azərsu”-dan açıqlama:"Tarif Şurasına müraciət gündəmdə deyil"

Suyun qiyməti ilə bağlı “Azərsu”-dan açıqlama:"Tarif Şurasına müraciət gündəmdə deyil"

 

Azərbaycanda içməli suyun qiymətinin artırılacağına dair xəbərlər yayılıb. Buna səbəb isə, "Azərsu” ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin və suyun maya dəyərindən 2 dəfə ucuz satıldığının qeyd olunması olub.

Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.

Yayılan xəbərlərlərlə bağlı "Sputnik Azərbaycan”-a açıqlamasında münasibət bildirən "Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

"Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. "Azərsu” ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil” — deyə Cəbrayıllı vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}